Songfestival Azerbaijan

Yunanıstan “Avroviziya 2026” Marafonuna Start Verdi

MƏQALƏNİ PAYLAŞ:

Yunanıstanın “ERT” dövlət kanalı “Avroviziya” təmsilçisini müəyyən etmək üçün milli seçim turuna start verib. “Sing for Greece – Ellinikós Telikós 2026” adı altında keçirilən müsabiqədə 28 namizəd iki yarımfinalda mübarizə aparır.

Artıq fevralın 11-də baş tutan birinci yarımfinalın nəticələrinə görə ilk finalistlər bəllidir, növbəti həlledici mərhələ isə fevralın 13-də baş tutacaq. Ümumilikdə 14 ifaçı fevralın 15-də keçiriləcək böyük finalda Vyanaya gedən yola bir addım daha yaxınlaşacaq.

Builki seçimlər həm janr rəngarəngliyi, həm də tanınmış simaların qayıdışı ilə yadda qalır. Xüsusilə 2013-cü ildə ölkəni uğurla təmsil edən “Koza Mostra” qrupunun geri dönüşü və beynəlxalq arenada tanınan Evangelia-nın iştirakı rəqabəti daha da qızışdırıb.

Bukmeykerlər hazırda Akylas və Good Job Nicky kimi adları əsas favoritlər sırasında göstərsələr də, son sözü xalq səsverməsi (50%) ilə yanaşı yerli və beynəlxalq münsiflər heyətinin (50%) rəyi deyəcək.

Qalib gələn iştirakçı may ayında Avstriyada keçiriləcək 70-ci yubiley müsabiqəsində Yunanıstanı təmsil etmək hüququ qazanacaq.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49