Xorvatiyanı Vyanada keçiriləcək “Avroviziya 2026” Mahnı Müsabiqəsində “Lelek” qrupu “Andromeda” adlı mahnıları ilə təmsil edəcək.
“Lelek” 2024-cü ilin sentyabr ayında qurulan Xorvatiya etno-pop qrupudur. Qrup, slavyan mədəni kimliyini qorumaq və yenidən şərh etmək məqsədi ilə Xorvatiya ənənəvi musiqisinin elementlərini müasir pop səsi ilə birləşdirir. 2025-ci ildə də xorvat seçim turuna qatılan qrup finalda 4-cü yeri tutmuşdu.
Onların mahnıları “Andromeda” qadının cəmiyyətdəki gücünü və əvəzolunmaz əhəmiyyətini mövzu edən bir mahnıdır. Bu mahnı, köləlik və dinlərindən zorakılıqla imtina təhlükəsi qarşısında bədənlərinə xaç döyməsi ilə silinməz şəxsiyyət və müqavimət izi buraxan Bosniya və Herseqovinadan olan xorvat katolik qadınlarının tarixindən ilhamlanıb.
Xorvatiya “Avroviziya 2026” təmsilçisini ənənəvi “Dora” adlı seçim turu ilə müəyyən etdi. 2 yarımfinal və 1 finaldan ibarət olan müsabiqədə hər yarımfinalda 12 iştirakçı iştirak etmiş və müvafiq olaraq hər şoudan 8 sənətçi finala adlamışdı. 16 iştirakçının yarışdığı finalda “Lelek” bütün rəqiblərini geridə qoyaraq xorvat bayrağını Vyanada dalğalandırmaq hüququna sahib oldu.




