Xorvatiya uzun fasilədən sonra yenidən Uşaq Avroviziyasında iştirak edəcək. Ölkəni bu il 10 yaşlı Marino Vrgoç təmsil edəcək. O, fevral ayında Xorvatiyada keçirilən ilk “The Voice Kids” yarışmasının qalibi olub.
Marinoya bu xəbər HRT 1-də yayımlanan “Kod nas doma” proqramında verilib. O, təəccübləndiyini və çox sevindiyini deyib. Onun məşqçisi Davor Gobac isə Marinionun səhnəyə çıxmaq üçün doğulmuş bir uşaq olduğunu bildirib.
Xorvatiya nümayəndə heyətinin rəhbəri Tomislav Štengl qeyd edib ki, yaxın vaxtlarda Marinonun ifa edəcəyi mahnı üçün bəstəkarlarla işə başlanacaq.
Qeyd edək ki, Xorvatiya sonuncu dəfə 2014-cü ildə Uşaq Avroviziyasında iştirak etmişdi. Bu il isə ölkə bu müsabiqəyə geri dönür və gənc ifaçısı ilə şansını yenidən sınayır.
