Songfestival Azerbaijan

Valentina Monettanı nə qəzəbləndirib?

San Marinonu 2012, 2013 , 2014 və 2017-ci illərdə təmsil etmiş Valentina Monetta ölkənin bu ilki seçimini bir mənalı qarşılanmayıb.

Növbəti illərdə ölkəni təmsil etməsi üçün, yerli müğənnilərə səslənib.

“Musiqini sadəcə yarışlar və sosial mediada görünürlük üçün etmək yox, həqiqətən bu sənətə töhfə vermək lazımdır. Əgər bir karyera qurmaq istəyirsinizsə, bu, ciddi iş, maliyyə və intizam tələb edir.”

Müğənni San Marinolu musiqiçiləri daha aktiv olmağa, öz bacarıqlarını sübut etməyə və beynəlxalq səviyyədə tanınmaq üçün yalnız gözləmək yox, hərəkətə keçməyə çağırıb.