Songfestival Azerbaijan

Uşaq Avroviziyası 2025: İlk Məşqlərdən Canlı Bloq

MƏQALƏNİ PAYLAŞ:

Maltanı təmsil edən Eliza Borq bu gün Tbilisidə keçirilən Uşaq Avroviziyası 2025 məşqlərində ilk səhnəyə çıxan iştirakçı oldu. O, ağ libasda mahnısını ifa etdi və onu müşayiət edən rəqqasələr də ağ geyimdə idi. İfa zamanı səhnə əvvəl mavi ulduzlarla işıqlanır, daha sonra isə qızılı tonlara keçərək çıxışı daha da parlaq göstərir.

Azərbaycanı təmsil edən Yağmur məşqlərdə ikinci səhnəyə çıxaraq “Miau Miau” mahnısını ifa etdi. O, tünd kostyumda müsbət enerji-dolu çıxış edir və səhnədə onunla birlikdə üç rəqqasə də yer alır. Arxa fondakı böyük pişik, mavi işıqlar, duman və neon detallar Yağmurun çıxışına xüsusi bir ab-hava qatır.

Xorvatiyanı təmsil edən Marino Vrgoç səhnədə tək dayanaraq mahnını sakit və ümidlə ifa edir. İşıqlar yumşaq başlayıb sonra günəş tonlarına keçir. O, jestlərlə mahnının mesajını vurğulayır. Çıxış sadə və təsirlidir.

San Marinonun təmsilçisi Martina CRV “Beyond The Stars” performansı ilə səhnəyə çıxıb. Ulduzlu fon, yarımay dekoru və neon işıq elementləri performansa ayrıca rəng qatıb. Parıldayan gitara və kovboy üslubundakı obraz çıxışın ümumi konseptini tamamlayıb.

Ermənistanın təmsilçisi Albert Armenakyan ilk məşqini gerçəkləşdirib. Səhnə dərin mavi işıq effektləri və ulduzvari dekorlarla tərtib olunaraq kosmik atmosfer yaradıb.

Ukraynanı təmsil edən Sofia Nersesian səhnəsinə mavi “yağış” işıqları və bulud animasiyaları fonunda çıxır. Qırmızı-ağ milli üslublu kostyumu, lent detalları və böyük qırmızı dekor elementləri performansa dinamika qatır. Səhnə mavi tonlardan parlaq qırmızı işıq effektlərinə keçərək mahnının hissini vurğulayır.

İrlandiyanın təmsilçisi Lottie buzlu dağ görüntülərinin önündə, mavi işıqlar altında çıxış edir. Səhnə xətti və sadə işıq elementləri ilə qurulub. O, parıldayan gümüş-mavi kostyumda mahnısını səsləndirir.

Niderlandın təmsilçisi Meadow səhnəyə çıxanda işıqlar mavi olur və arxa ekranda “freeze” effekti görünür. Onunla birlikdə dörd rəqqas çıxış edir. Səhnə mavi-ağ tonlarda sadə şəkildə qurulub.

Polşanın təmsilçisi Marianna Kłos səhnəyə çıxanda arxa ekranda dəniz qızı təsviri görünür. Onunla birlikdə səhnədə dörd rəqqasə yer alır. Səhnə işıqları yumşaq və pastel tonlarda saxlanılıb, Marianna isə mərkəzdə mahnısını ifa edir.

Günün 2-ci Məşqi: Uşaq Avroviziyası 2025-də Bugünkü İlk Çıxışlar

Şimali Makedoniyanın təmsilçisi Nela Mançeska ikinci məşq günündə səhnəyə ilk çıxan iştirakçı oldu. Açıq rəngli libası və ulduzlu fonla sadə bir təqdimat göstərdi.

Monteneqronun təmsilçisi Asya Coqoviç ikinci məşq günündə səhnəyə açıq rəngli libasla çıxıb mahnısını ifa etdi. Arxa planda isə cizgi tərzində qrafiklər göstərildi.

İtaliyanı təmsil edən Leonardo Giovannangeli məşqdə enerjili və alovlu çıxış göstərdi. Qırmızı və alov effektləri ilə qurulan səhnədə ona iki rəqqas da müşayiət edirdi.

Portuqaliyanı bu il Gürcüstanın Tbilisi şəhərində təmsil edən İnês Gonçalves bu gün ilk səhnə məşqini tamamlayıb. Məşq zamanı mavi və narıncı tonlarının üstünlük təşkil etdiyi sadə səhnə quruluşu diqqət çəkib.

İspaniyanı təmsil edən Gonzalo Pinillos bu gün ilk səhnə məşqini keçirib. Səhnədə böyük nağıl kitabı dekoru və dairəvi kitab quruluşu istifadə olunub. İfaçı ilə birlikdə səhnədə iki rəqqas da yer alır və quruluş hekayə motivləri üzərində formalaşdırılıb.

Uşaq Avroviziyasına bu il ev sahibliyi edən Gürcüstanın təmsilçisi Anita Abgariani mavi işıqlandırılmış və ulduz fiqurları ilə tərtib olunmuş fon qarşısında çıxış edib. Səhnədə onunla birlikdə dörd rəqqas da yer alıb. İfaçı ağ rəngli səhnə geyimi ilə səhnənin mərkəzində dayanaraq mahnısını səsləndirib.

Kipr təmsilçiləri Rafaella və Christos ilk səhnə məşqini yerinə yetiriblər. Geyim və səhnə tərtibatı gümüşü tonlarda olub və təqdimatın ümumi konsepsiyasına uyğunlaşdırılıb.

Fransanın təmsilçisi Lou Deleuze bu gün “Ce Monde” mahnısı ilə səhnə məşqini edib. Duman və işıq effekti performansa yumşaq, poetik bir hava verib.

Albaniyanın təmsilçisi Kroni Pula bugün Tbilisidə rəngli və enerjili səhnə məşqi təqdim edib. Arxa ekrandakı parlaq ağac təsviri və işıq effektləri performansa dinamika qatıb. Səhnədə onunla birgə dörd rəqqasə iştirak edib.

Songfestival Azerbaijan
Songfestival Azerbaijan
Articles: 13