Kipri 2025-ci ildə keçiriləcək Avroviziya mahnı müsabiqəsində Theo Evan “Shh” adlı mahnı ilə təmsil edəcək. Mahnının ərsəyə gəlməsində müğənninin özü ilə yanaşı, Yunanıstan üzrə Avroviziyada müxtəlif mahnıların da müəllifi olmuş Dimitris Kontopoulos, Lasse Nymann, Elke Tiel, Linda Dale və Norveç Milli finallarından tanıdığımız Elsie Bay yer alır.
Kipr təmsilçisini ən tez seçən və daxili seçim üsulu ilə ictimaiyyətə təqdim edən ölkə olmuşdur. Ölkə təmsilçisini 2 sentyabr 2024 cü ildə açıqlamışdır. Mahnının özü isə 11 mart 2025-ci ildə
23:00-da ilə ictimaiyyətə təqdim edilmişdir.
“Theo Evan” Avroviziya 2025-də 1ci yarıfinalın 2ci hissəsində çıxış edəcək.
“Shh” mahnısını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: