Songfestival Azerbaijan

The Rasmus Bakıda

Finlandiyanın məşhur rok qrupu The Rasmus bu ilin noyabrında Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsert 4 noyabr 2025-ci il tarixində Heydər Əliyev Sarayında baş tutacaq.

Tədbirin təşkilatçılarının məlumatına görə, konsertin biletləri 28 mart saat 13:00-dan etibarən satışa çıxarılacaq.

1994-cü ildə Helsinkidə yaradılan The Rasmus qrupu “In the Shadows” kimi hitləri ilə qlobal miqyasda məşhurluq qazanıb. İndiyə qədər qrupun albomları ümumilikdə 5 milyondan çox nüsxə satılıb.

Bundan əlavə, The Rasmus 2022-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı təmsil edib. Qrup “Jezebel” adlı mahnı ilə çıxış edərək final mərhələsinə yüksəlib.

Biletlərin əldə olunması ilə bağlı ətraflı məlumat üçün rəsmi satış platformalarına müraciət edə bilərsiniz.