Sloveniya, 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil edəcək ifaçısını “EMA 2025” adlı milli seçim turu vasitəsilə müəyyənləşdirdi. Bu müsabiqə 1 fevral 2025-ci ildə keçirildi və 12 iştirakçı arasında Klemen Slakonja “How Much Time Do We Have Left” mahnısı ilə qalib gəldi.
Klemen Slakonja, Maja Slatinšek və Ryan Small tərəfindən yazılmış bu mahnı ilə Sloveniyanı 2025-ci ilin may ayında, İsveçrənin Bazel şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Klemen 13 may tarixində keçiriləcək birinci yarımfinalın birinci hissəsində çıxış edəcək.
“How Much Time Do We Have Left” mahnısının rəsmi musiqi videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:
