Songfestival Azerbaijan

Sezonun daha bir draması Rumıniyadan gəldi!

MƏQALƏNİ PAYLAŞ:

Avropalı fəalla Rumıniyanın “Choke Me” mahnısının “Avroviziya 2026”-dan diskvalifikasiya olunmasını tələb edirlər. Onların fikrincə, mahnının mətni cinsi boğulmanı romantizə edir və xüsusilə gənc dinləyicilər, o cümlədən qadınlar üçün təhlükə yarada bilər.

Tənqid dalğası sosial media istifadəçiləri və şərhçilərin mahnı mətnini diqqətlə təhlil etməsindən sonra başladı. Mahnıda “Məni boğ” ifadəsi 30-dan çox dəfə təkrarlanır, həmçinin “Nəfəs almaq çətindir”, “Mən istəyirəm ki, məni boğasan” və “Ağciyərlərimin partlamasını təmin et” kimi sətrlər var. Tənqidçilər hesab edirlər ki, bu cür ifadələr təhlükəli cinsi boğulma praktikasını populyarlaşdıra bilər. Fəallar həmçinin araşdırmalara istinad edirlər ki, 35 yaşdan aşağı insanların yarıdan çoxu cinsi əlaqə zamanı ən azı bir dəfə boğulma ilə qarşılaşıb. Şəbəkədə artıq AYB-nin vəziyyətə müdaxilə etməsi üçün onlayn petisiyalar yayımlanıb.

Lakin Rumıniyanın təmsilçisi Alexandra Căpitănescu bütün ittihamları rədd edir və mahnının səhv şərh olunduğunu bildirir. Müğənninin sözlərinə görə, kompozisiya zorakılığın təbliği ilə heç bir əlaqəsi yoxdur. O, izah edir ki, mətn güclü emosional vəziyyətin metaforasıdır – psixoloji təzyiq, daxili narahatlıq və emosional yüklənmə hissi. Sənətçi vurğulayır ki, mahnıdakı “boğulma” psixoloji gərginliyin bədii təsviridir, sözün əsl və ya cinsi mənasında deyil.

Ramin İmanov
Ramin İmanov
Articles: 40