Songfestival Azerbaijan

Sevgi, Ayrılıq, Xatirələr – Tural və Turandan “Amsterdam”

Avroviziya təmsilçilərimiz Tural və Turan musiqisevərlərə növbəti hədiyyələrini təqdim etdilər. Duet “Amsterdam” adlı yeni mahnısı ilə dinləyicilərinin qarşısına çıxıb. Emosional və melodik çalarlarla zəngin olan bu bəstə, həm sözləri, həm də musiqisi ilə dərindən təsir bağışlayır.

Qardaşlar özlərinə məxsus səmimi tərzlərini bu dəfə də qoruyaraq, sevgidən, ayrılıqdan və xatirələrdən bəhs edən bu mahnı ilə dinləyicilərin qəlbinə yol tapmağı bacarıblar. “Amsterdam” artıq bütün rəqəmsal platformalarda yayımlanıb və qısa müddətdə böyük maraqla qarşılanıb.

Musiqidə duyğulara toxunmaq istəyirsinizsə, “Amsterdam”ı dinləməyi unutmayın!