Songfestival Azerbaijan

San Marino Avroviziyada qələbəni hədəfləyir

San Marino Xarici İşlər Naziri Federico Pedini Amati, ölkəsinin Avroviziya Mahnı Müsabiqəsində qalibiyyət istəyini açıqlayıb.

Bazelə qələbə üçün getmək istəyirəm və bunu Gabry Ponte ilə birlikdə bacara bilərik. Qazanacağımız halda, Avroviziyanü Rimini və ya Siciliyada təşkil edə bilərik. Hətta daşınabilən bir arena inşa etməyi də düşünürük. Əmin olduğumuz bir şey var: Müsabiqəni RAI ilə birlikdə təşkil edəcəyik, çünki aramızda sıx əməkdaşlıq mövcuddur,” – deyə nazir bildirib.