Songfestival Azerbaijan

Samirə Əfəndi yenidən Avroviziya səhnəsində!

Azərbaycanın 2020 və 2021-ci illərdə Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi təmsil etmiş Samirə Əfəndiyeva – Efendi səhnə adı ilə tanınan müğənni bu il müsabiqəyə ev sahibliyi edən ölkədən xüsusi dəvət alaraq, interval akt şousunda səhnəyə çıxacaq.

Bu məlumat artıq rəsmi şəkildə təsdiqlənib və Efendinin Avroviziya ailəsində sevildiyini bir daha sübut edir. Onun çıxış edəcəyi yarımfinal və səsləndirəcəyi mahnı barədə təfərrüatlar isə yaxın günlərdə açıqlanacaq.