2010-cu ildə ölkəmizi Osloda keçirilən 55-ci “Avroviziya” Mahnı Müsabiqəsində “Drip Drop” mahnısı ilə təmsil etmiş Safura “Avroviziya 2025” finalında Azərbaycanın münsif səslərini açıqlayacaq.
Xatırladaq ki, ötən il İsveçdə keçirilən müsabiqədə ölkəmizin münsif səslərini “Avroviziya 2009” təmsilçimiz Aysel Teymurzadə təqdim etmişdi.