Songfestival Azerbaijan

Rumıniyanı Alexandra Căpitănescu təmsil edəcək

MƏQALƏNİ PAYLAŞ:

Rumıniyanı Vyanada keçiriləcək sayca 70-ci Avroviziya Mahnı Müsabiqəsində Alexandra Căpitănescu “Choke Me” adlı mahnısı ilə təmsil edəcək.

Alexandra Runıniya musiqisinin ən parlaq gənc adlarından biridir. Sənətçi Rumıniyanın Galați şəhərində dünyaya gəlib. Uşaq yaşlarından ailəsi tərəfindən incəsənətə yönəldilən müğənni 10 yaşından oxumağa başlayıb. Alexandranın Rumıniyada məşhurlaşmasının əsas səbəbi isə 2023-cü ildə “Səs” müsabiqəsinin 11-ci sezonunda qalib olmaq olub. Musiqidən başqa, müğənni Buxarestdə Fizika üzrə ali təhsil alır. “Universal Music” ilə müqavilə bağlayan sənətçi Rumıniyanın musiqi bazarında aktiv fəaliyyətinə davam edir.

4 illik fasilədən sonra yenidən “Avroviziya 2026”-da iştirakını təsdiqləyən Rumıniya təmsilçisini “Selecția Națională” adlı ənənəvi milli seçim turu vasitəsilə seçdi. Müsabiqədən əvvəl yayımçı rumın kanalı TVR-dən verilən məlumata əsasən, 101 mahnı və 68 sənətçi seçimlərə müraciət etmişdi. 9-11 fevral aralığında keçirilən və tamamilə münsif seçimlərinə əsasən 10 yarımfinalçı və 2 “wildcard” qalibi müğənni finala seçildi. 4 martda baş baş tutacaq finalda bununla da 12 iştirakçı yarışdı. Qalib 100% münsif səsverməsinin nəticələrinə əsasən müəyyən edildi. İştirakçılar arasında ölkəni son iştirakında təmsil etmiş, Rumıniyada və Balkanlarda tanınan WRS(Andrei Ursu) kimi məşhurlar da var idi. Alexandra Căpitănescu “Choke Me” adlı mahnısı ilə bütün rəqiblərini geridə qoyaraq Rumıniyanı “Avroviziya 2026”-da təmsil etmək hüququnu qazandı.

Ramin İmanov
Ramin İmanov
Articles: 34