Songfestival Azerbaijan

RTVE: Müsabiqəmizə sahib çıxacağıq!

MƏQALƏNİ PAYLAŞ:

İspaniya yayımçısı Avroviziyada iştirak qaydalarında dəyişikliklərin müzakirəsini yenidən təklif edəcəyini bildirib.

İspaniyanın RTVE yayımçısının prezidenti Xose Pablo Lopes müharibə vəziyyətində olan ölkələrin Avroviziyada iştirakını qadağan etməyi təklif edib.

Təşəbbüsün məqsədi musiqi səhnəsinin fəal silahlı münaqişələr zamanı təbliğat və ya siyasi təsir vasitəsi kimi istifadə edilməsinin qarşısını almaqdır.

Xose Pablo Lopes belə çıxış edib: İspaniya bu il tarixində ilk dəfə Avroviziyadan geridə qalır. Buna səbəb isə müsabiqəni öz mənafeyi üçün propaqanda alətinə çevirən ölkədir. Biz buna son vermək üçün bizimlə birlikdə Avroviziya və Avropanın gələcəyini düşünən ölkələrlə birlikdə addım ataraq artıq Avropanın milli dəyərinə çevrilmiş müsabiqəmizə sahib çıxacağıq.

Qeyd etmək lazımdır ki, Xose Pablo Lopes bəyanatında məhz İsrail vəziyyətinə diqqət yetirib, buna görə müzakirənin Ukraynanın iştirakı ilə bağlı olub-olmadığı hələ məlum deyil.

Ramin İmanov
Ramin İmanov
Articles: 31