İtaliyan kanalı RAI-nin idarə heyətinin 3 üzvü “Avroviziya 2026” təşkilatçılarından Fələstin mədəniyyətinin təqdimatını və yarışma xaricində Fələstinli bir sənətçinin çıxışını tələb edib.
Qeyd edək ki, Avstriya yayımçısı “Österreichischer Rundfunk(ORF)” bu ilin şousunun məzmununu müzakirə etmək üçün mart ayında iştirak edən yayımçılarla görüşəcək.
Xatırladaq ki, 2024-cü ildə İsveçin ev sahibliyi etdiyi yarışmada ölkənin 2011-ci il təmsilçisi Eric Saade qolunda sırf Fələstini xatırladan şalla səhnəyə çıxdığı üçün onun birinci yarım final açılışı performansı Avroviziyanın rəsmi “Youtube” hesabına yüklənməmiş və bu mediyada səs-küyə səbəb olmuşdu. Sonradan ifaçı şalın Fələstinlə əlaqəsinin olmadığını, ona atasının hədiyyəsi olduğunu açıqlamışdı.





