Songfestival Azerbaijan

Polşanı Tbilisidə Marianna Kłos təmsil edəcək

Polşa, 2025-ci ildə Gürcüstanın Tbilisi şəhərində keçiriləcək Uşaq Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil edəcək iştirakçısını seçib. Bu il Polşa nümayəndəsi, “The Voice Kids” müsabiqəsinin səkkizinci mövsümündə ikinci yeri tutmuş Marianna Kłos olacaq.



TVP (Polşa İctimai Televiziyası), əvvəlki illərdə istifadə olunan “Szansa na sukces” adlı milli seçim formatından imtina edərək, bu dəfə daxili seçim üsuluna üstünlük verib. Marianna Kłos-un adı 1 iyun 2025-ci ildə TVP2 kanalında yayımlanan “Pytanie na śniadanie” səhər proqramında açıqlanıb.

Uşaq Avroviziya Mahnı Müsabiqəsinin 23-cü buraxılışı 13 dekabr 2025-ci il tarixində Tbilisidəki Olimpiya Sarayının kiçik zalında baş tutacaq.

Kiçik Mariannanın digər çıxışlarına buradan baxa bilərsiniz: