Songfestival Azerbaijan

Norveçin “Avroviziya” namizədləri açıqlandı

MƏQALƏNİ PAYLAŞ:

Norveçin “Avroviziya 2026” mahnı müsabiqəsi üçün təmsilçisini müəyyən edəcək Melodi Grand Prix (MGP) şousunun heyəti bəyan edilib. Builki siyahı həm təcrübəli ulduzların qayıdışı, həm də gənc istedadların debütü ilə diqqət çəkir.

Finalçılar və müsabiqə mahnıları:

Artıq 9 finalçıdan 8-nin adı məlumdur:

  1. Alexandr Rybak – “Rise” (2009-cu ilin qalibi və rekordçusu)
  2. Hedda Mae – “Snap Back”
  3. Mileo – “Frankenstein”
  4. EMMA – “Northern Lights” (Məşhur “Marcus & Martinus” duetinin bacısı)
  5. Storm – “Lullaby”
  6. Leonardo Amor – “Prayer”
  7. Silke – “Forevermore”
  8. Jonas Lovv – “Yayaya”

Müsabiqənin təşkilatçıları hələlik intriqanı saxlayırlar. Final mərhələsinin sonuncu, yəni 9-cu iştirakçısının adı bir gün sonra — 26 yanvar tarixində açıqlanacaq.

Hazırda pərəstişkarlar təqdim olunan mahnıların qısa hissələrini dinləyə və favoritlərini müəyyən edə bilərlər. Ekspertlərin fikrincə, Alexander Rybak-ın qayıdışı bu il Norveç seçim turlarını beynəlxalq səviyyədə ən çox izlənilən şoulardan birinə çevirəcək.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49