2 illik fasilədən sonra Avroviziyaya qayıdan bu “cırtdan” ölkə öz təmsilçisini seçmək üçün ənənəsinə sadiq qalaraq “Montesong 2024” adlı Milli Seçim Turunu təşkil etmişdi.
8 dekabrda baş tutan Seçim Turunun əsas favoritləri Nina Žižić və “Neoneon” qrupu idi. Şou baş tutduqdan və nəticələr bəlli olduqdan sonra “Neoneon” qrupu “Clickbait” mahnısı ilə şounu qazandı və Avroviziyada ölkəni təmsil etmə hüququnu əldə etdi. Lakin, qrupun mahnısının 2023-cü ildə ifa etdiyi bəlli oldu. Bunun nəticəsində qrup Avroviziyadan iştirakdan çəkildi, və nəticədə “Montesong 2024”-ün ikincisi Nina Žižić “Dobrodošli” adlı mahnısı ilə Monteneqronu “Avroviziya 2025”-də təmsil etmək hüququ qazandı. Mahnının yazarları Boris Subotiç, Violeta Mihaylovska Miliç var. Nina Žižić-ə gəldikdə isə, “Dobrodošli” onun Avroviziyada ilk mahnısı deyil, belə ki, 2013-cü ildə Nina “Igranka” adlı mahnı ilə Monteneqronu təmsil etmiş, nəticədə isə 1-ci yarımfinalda 41 xalla 12-ci yer tutaraq, finala adlaya bilməmişdi.