Moldovada keçirilən “Selecția Națională 2026” milli seçim turunun finalı başa çatıb və ölkəni “Avroviziya 2026″da təmsil edəcək sənətçi müəyyənləşib.
Yanvarın 17-də “Chișinău Arena”da baş tutan müsabiqədə Satoshi, “Viva, Moldova!” adlı mahnısı ilə bütün rəqiblərini geridə qoyaraq qalib gəlib.
Seçim prosesində səsvermə üç bərabər hissəyə (hər biri 33,3%) bölünüb : milli münsiflər, beynəlxalq münsiflər və tamaşaçılar. Beynəlxalq münsiflər heyətində “Avroviziya 2016″nın qalibi Jamala və Azərbaycanın 2021-ci il təmsilçisi Samirə Əfəndi kimi tanınmış simalar yer alıb.
Satoshi hər üç səsvermə kateqoriyasında yüksək ballar toplayaraq ümumi nəticədə birinci olub.




