Esch-sur-Alzette şəhərində yerləşən Rockhal səhnəsində keçirilən “Luxembourg Song Contest” finalı ilə ölkənin builki Avroviziya təmsilçisi müəyyənləşib.
RTL Lëtzebuerg-in təşkilatçılığı ilə baş tutan müsabiqədə səkkiz ifaçı Vyanada keçiriləcək Avroviziya səhnəsinə çıxmaq uğrunda mübarizə aparıb.
Finalın qalibi Eva Marija olub. O, “Mother Nature” adlı mahnı ilə Lüksemburqu Avroviziya 2026-da təmsil edəcək. Mahnı öz köklərinə qayıdıb, Ana təbiətin şəfa verən gücü ilə özünü kəşf etmək və yenidən sevmək haqqındadır. Bu həmdə Lüksemburqun Avroviziya tarixində ilk tamamı ingiliscə olan mahnıdır.
Nəticə peşəkar münsiflər heyətinin və tamaşaçıların online səsverməsinin birgə nəticəsi əsasında müəyyən edilib.





