# Songfestival Azerbaijan > Avroviziyanın nəbzini bizimlə tut! ## Posts - [Lion Ceccah: Elnur Hüseynov və onun emosional üslubu unudulmazdır — Litva təmsilçisi ilə yazılı müsahibə!](https://songfestivalaze.com/lion-ceccah-elnur-huseynov-v%c9%99-onun-emosional-uslubu-unudulmazdir-litva-t%c9%99msilcisi-il%c9%99-yazili-musahib%c9%99/): Litvanı bu il Vyanada keçiriləcək Avroviziyada Lion Ceccah “Sólo Quiero Más” adlı mahnısı ilə təmsil edir! Gəlin onunla daha yaxından tanış olmaq üçün yazılı müsahibəmizə nəzər yetirək: 1. Bu il Avroviziyada Litvanı təmsil etmək sizin üçün nə deməkdir? Bu mənim üçün çox böyük məna daşıyır, çünki mən təkcə özümü yox, eyni zamanda bütöv bir mədəniyyəti və yaradıcı mühiti təmsil edirəm. Litvada çox sayda unikal və cəsarətli sənətçilər var və mən Avroviziya səhnəsinə fərqli bir şey gətirdiyim üçün qürur duyuram. Mənim üçün bu həm məsuliyyətdir, həm də Avropaya öz bədii baxışımı göstərmək üçün böyük bir fürsətdir. 2. Mahnının hekayəsini və dinləyicilərə - [İsrailin iştirakına qarşı daha bir etiraz!](https://songfestivalaze.com/israilin-istirakina-qarsi-daha-bir-etiraz/): LGBT+ təşkilatları İsrailin Avroviziya Mahnı Müsabiqəsindən çıxarılması üçün imza kampaniyası başladıb. Onların fikrincə, Qəzzada insanlar aclıq və ağır şəraitlə mübarizə apararkən İsraili Avroviziyada saxlamaq “soyqırım nizamına ortaq olmaq” deməkdir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən LGBT+ təşkilatlarının imzaladığı bəyanatda Avropa Yayım Birliyinin (AYB) İsraili müsabiqədə saxlama qərarı tənqid olunub. Bəyanatda qeyd edilir ki, Avropa Yayım Birliyi Rusiyanı Ukraynanı beynəlxalq hüquqa zidd şəkildə işğal etməsindən qısa müddət sonra Avroviziya müsabiqəsindən uzaqlaşdırmışdı. Lakin eyni qurum hazırda sionist və soyqırımçı kimi xarakterizə edilən İsrailin yarışmada qalması üçün mübarizəni davam etdirir. Açıqlamada həmçinin bildirilir ki, AYB-nin bu mövzuda seçici yanaşması təsadüfi deyil və irqçi xarakter - [Polşa təmsilçisi Alicja Szemplińska ilə yazılı müsahibəmizi təqdim edirik](https://songfestivalaze.com/polsa-t%c9%99msilcisi-alicja-szemplinska-il%c9%99-yazili-musahib%c9%99mizi-t%c9%99qdim-edirik/): Polşanı bu il Vyanada keçiriləcək sayca 70-ci Avroviziya Mahnı Müsabiqəsində Alicja Szemplińska “Pray” adlı mahnısı ilə təmsil edəcək. Xatırladırıq ki, Alicja daha öncə 2020-ci ildə “Empires” adlı mahnısı ilə ölkəsini təmsil edəcəkdi, lakin müsabiqənin pandemiya səbəbindən təxirə salınmışdı. Alicja Szemplińska ilə olan yazılı müsahibəmizi təqdim edirik: 1. Polşanı təmsil edəcəyinizi necə öyrəndiniz və həmin an özünüzü necə hiss etdiniz? Bunu gecə, evdə olarkən öyrəndim. Polşada seçim formatı belə idi ki, çıxışlarımız əvvəlcədən lentə alınmışdı və SMS səsvermə xətləri gecə yarısına qədər açıq qalırdı. Yalnız onlar bağlandıqdan sonra nəticələri öyrəndik. Bu, çox stresli bir gün idi. Hər hansı bir xəbər gözləyərək - [Sezonun daha bir draması Rumıniyadan gəldi!](https://songfestivalaze.com/sezonun-daha-bir-dramasi-ruminiyadan-g%c9%99ldi/): Avropalı fəalla Rumıniyanın “Choke Me” mahnısının “Avroviziya 2026”-dan diskvalifikasiya olunmasını tələb edirlər. Onların fikrincə, mahnının mətni cinsi boğulmanı romantizə edir və xüsusilə gənc dinləyicilər, o cümlədən qadınlar üçün təhlükə yarada bilər. Tənqid dalğası sosial media istifadəçiləri və şərhçilərin mahnı mətnini diqqətlə təhlil etməsindən sonra başladı. Mahnıda “Məni boğ” ifadəsi 30-dan çox dəfə təkrarlanır, həmçinin “Nəfəs almaq çətindir”, “Mən istəyirəm ki, məni boğasan” və “Ağciyərlərimin partlamasını təmin et” kimi sətrlər var. Tənqidçilər hesab edirlər ki, bu cür ifadələr təhlükəli cinsi boğulma praktikasını populyarlaşdıra bilər. Fəallar həmçinin araşdırmalara istinad edirlər ki, 35 yaşdan aşağı insanların yarıdan çoxu cinsi əlaqə zamanı ən azı - [Essyla: “JIVA-nın mahnısı məndə emosional hisslər oyadır” – Belçika təmsilçisi ilə yazılı müsahibə](https://songfestivalaze.com/essyla-jiva-nin-mahnisi-m%c9%99nd%c9%99-emosional-hissl%c9%99r-oyadir-belcika-t%c9%99msilcisi-il%c9%99-yazili-musahib%c9%99/): Belçika təmsilçisi Essyla ilə olan müsahibəmizi təqdim edirik. Müsahibəmizdə izləyicilər tərəfindən ən çox sevilən sualları ünvanlamışıq: 1. Bu il Avroviziyanın bir parçası olmaq sizin üçün nə deməkdir? Bilirsiniz, Belçikanı Avroviziyada təmsil etmək sözün əsl mənasında uşaqlıq arzum idi. 5 yaşım olanda dostlarımla bir ad günü üçün oyun meydançasında idik. Hamı oynayırdı, mən isə kənarda kiçik bir televizorun qarşısında oturmuşdum. Televizorda Uşaq Avroviziya gedirdi və yadımda qalan odur ki, içimdən “Kaş ki, o səhnədə mən də olaydım” deyə düşünürdüm. Gözəl libaslarda mahnı oxuyan o balaca qızlar məni çox heyran etmişdi. Həqiqətən də uşaqlıq arzum idi! 2. Mahnının yaranma hekayəsini və dinləyicilərə - [Nigar Camal Avroviziyadan danışdı.](https://songfestivalaze.com/nigar-camal-avroviziyadan-danisdi/): Ölkəmizin “Avroviziya 2011” qalibi Nigar Camal bu gün Xəzər TV-də yayımlanan “İncə Səhər” səhər verilişinin qonağı olub. Sənətçi eyni zamanda Avroviziya barəsində danışıb. Nigar Camal bildirib: Təmsilçimizə Avroviziyada bol uğurlar arzu edirəm. Avroviziyada artıq format dəyişib, artıq Avropa tamaşaçısının tələbləri fərqlidir. Deyirlər ki, gözəl səsi var(JIVA-nın), bəli, səsi gözəldir, amma orada elə səslər var ki, bizdən ən güclü səsi göndərsən də rəqabət çətin olacaq. Avroviziya artıq səs yarışması deyil, önəmli olan mahnının güclü olmasıdır. Məsələn, mahnıdakı sözlər bizim dilimizdə danışan və düşünən biri tərəfindən yazılmamalıdır. Mahnını Avropada yaşamış, onların içində olan, onlar kimi düşünən və dili tərtəmiz bilən biri yazmalıdır. - [Bzikebi Gürcüstan üçün “On Replay” deyəcək.](https://songfestivalaze.com/bzikebi-gurcustan-ucun-on-replay-dey%c9%99c%c9%99k/): Daha öncə xəbər verdiyimiz kimi, Gürcüstanı Vyanada keçiriləcək sayca 70-ci Avroviziya Mahnı Müsabiqəsində “Bzikebi” qrupu təmsil edəcək. “Bzikebi” qrupu fanatlara yad olmayan addır, çünki qrup 2008-ci ildə Gürcüstanı Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək ölkəyə ilk qalibiyyətini gətirmişdi. Qrup 3 nəfərdən: Giorgi Şiolaşvili, Mariam Kikuaşvili və Mariam Tatulaşvilidən ibarətdir. Onların ən məşhur mahnıları Uşaq Avroviziyada qalib olduqları “Bzzz” və Gürcüstanın ev sahibliyi etdiyi Uşaq Avroviziya 2025 Mahnı Müsabiqəsində qonaq sənətçi kimi ifa etdikləri yeni “We don’t sleep” mahnılarıdır. Onların Avroviziya 2026 mahnısı “On Replay” süni intellektin insan həyatındakı yerinə qarşıdır və müasir dünyada insanın rolunu tərənnüm edir. Mahnının bəstəkarı Gigi - [Daniel Žižkanın mahnısı təqdim olundu.](https://songfestivalaze.com/daniel-zizkanin-mahnisi-t%c9%99qdim-olundu/): 8 Mart verdiyimiz xəbərə görə Çexiyanı Vyanada keçiriləcək sayca 70-ci Avroviziya Mahnı Müsabiqəsində Daniel Žižka təmsil edəcəkdi. Bu gün Bakı vaxtı ilə 23.00-da onun “CROSSROADS” adlı mahnısı və klipi rəsmi şəkildə Avroviziya “Youtube” kanalında təqdim edildi. Mahnının sözləri Daniel Žižkaya, musiqisi isə Žižka və çex bəstəkar Viliam Bérešə məxsusdur. - [Ermənistanı SIMÓN təmsil edəcək](https://songfestivalaze.com/erm%c9%99nistani-simon-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Ermənistanı “Avroviziya 2026”-da Simón “Paloma Rumba” adlı mahnısı ilə təmsil edəcək. Əsl adı Simon Hovhannisyan olan müğənni Ermənistansa gənclər arasında sevilən bir addır. Onu Ermənistanda tanıdan ötən il ölkənin “Avroviziya 2025” üçün təmsilçisini seçdiyi “Depi Evratesil” milli seçim turunda “Ay Paparey Bye” adlı mahnısı ilə 2-ci olması olub. Uzun müddət səssizliyini qoruyan Ermənistan bu gün təmsilçisini ictimaiyyətə açıqladı. Günorta saatlarında təmsilçisini açıqlayan ölkə ardınca mahnısı “Paloma Rumba”-nı və klipi rəsmi Avroviziya “Youtube” kanalında təqdim etdi. Klipdə ölkənin “Avroviziya 2016” təmsilçisi, səhnədə Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını qaldıraraq provakasiyalar törədən Iveta Mukuçyan da yer alıb. Bundan əlavə rəsmi Avroviziya “Instagram” hesabında - [İctimai Televiziyadan rəsmi açıqlama gəldi](https://songfestivalaze.com/ictimai-televiziyadan-r%c9%99smi-aciqlama-g%c9%99ldi/): İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın “Avroviziya 2026” Mahnı Müsabiqəsindəki təmsilçisi və mahnısı ilə bağlı rəsmi açıqlama verib. Açıqlamada ölkəmizin “Avroviziya 2026” üçün daxili seçim turu modeli, seçim turunun gedişatı barədə məlumat verilib. Bundan əlavə, rəsmilər daha öncə də bildirdikləri kimi, seçim prosesinə 100 müraciətin daxil olduğunu, bu müraciətlər fonunda 186 mahnının təqdim olunduğunu bildiriblər. 186 mahnının 107-si yerli müəllif və müğənnilər, 79-u isə xarici ölkə vətəndaşı bəstəkarlar tərəfindən göndərilən mahnılar idi. İlkin mərhələdən etibarən seçim prosesində ekspertlər seçiləcək ifaçının reputasiyası və səhnə təcrübəsini, eləcə də vokal imkanlarını nəzərə alıblar. İlkin mərhələnin ardından seçilən 18 ifaçı növbəti mərhələ üçün - [İsveçrə "Avroviziya 2026" mahnısını elan etdi](https://songfestivalaze.com/isvecre-avroviziya-2026-mahnisini-elan-etdi/): İsveçrənin builki “Avroviziya” mahnı müsabiqəsi üçün mahnı seçimi elan edilib. Ölkənin daxili seçim formatı əsasında müəyyənləşdirdiyi qərara əsasən, Vyanada keçiriləcək 70-ci yubiley müsabiqəsində İsveçrəni tanınmış ifaçı Veronica Fusaro “Alice” adlı mahnı ilə təmsil edəcək. Musiqi tənqidçiləri tərəfindən alternativ rok və soul elementlərinin sintezi kimi xarakterizə olunan “Alice” mahnısının müəllif heyətində ifaçının özü ilə yanaşı, beynəlxalq layihələrdəki uğurları ilə tanınan Charlie McClean yer alır. Cari ilin iddialı bəstələrindən biri hesab olunan mahnının səhnə tərtibatı isə daha öncə Nemo və Mans Zelmerlow kimi qaliblərin şoularını hazırlayan isveçli rejissor Fredrik “Benke” Rydmana həvalə edilib. Beynəlxalq festivallardakı çıxışları və 500-dən çox canlı konsert təcrübəsi - [Azərbaycanın “Avroviziya 2026” mahnısı təqdim olundu: “Just Go”](https://songfestivalaze.com/azerbaycanin-avroviziya-2026-mahnisi-teqdim-olundu/): Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın (Cəmilə Haşımova) “Just Go” adlı mahnısı və ona çəkilən klipi təqdim edilib. Söz və musiqisi ABŞ-da yaşayan həmyerlimiz, bəstəkar Fuad Cavadova məxsus olan bu ballada, insanın çətin münasibətlərdən sonra daxili gücünü taparaq yeni bir həyata addım atmasından bəhs edir. Mahnının aranjimanını Anar Keytarman, miks və masterinqini isə Rüstəm Rzayev həyata keçirib. Rejissor Fərhad Əlinin quruluş verdiyi və aktyor Emin Useynovun rol aldığı ekran işində JIVA-nın vizual obrazı üzərində stilist Leyli Polayeva və vizajist Elnur Həsənov çalışıb. Xatırladaq ki, 70-ci “Avroviziya” mahnı müsabiqəsi 2026-cı ilin may ayında Avstriyanın paytaxtı Vyana şəhərində baş tutacaq. - [Daniel Žižka Çexiyanı 70-ci Avroviziyada təmsil edəcək](https://songfestivalaze.com/daniel-zizka-cexiyani-70-ci-avroviziyada-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Vyanada keçiriləcək Avroviziya 2026 Mahnı Müsabiqəsində Çexiyanı Daniel Žižka “Crossdresser” adlı mahnısı ilə təmsil edəcək. Mahnı və klip 11 Mart, Bakı vaxtı ilə 23.00-da rəsmi Avroviziya “Youtube” kanalında təqdim ediləcək. Praqada dünyaya gələn David 23 yaşında gənc müğənni, bəstəkar və aktyordur. Onun mahnı yazmaq sahəsindəki işi indie pop və ambient musiqisinin elementlərini qarışdıraraq unikal və fərqli bir səs yaratmağa kömək edir. Žižka Çexiya pop radio siyahılarında çox erkən uğur qazanan əvvəlki səhnə adı altında musiqi buraxıb. O, indi musiqisini öz adı altında təqdim edir və tezliklə yaradıcılıq səyahətində yeni bir başlanğıc və yeni bir addım nümayiş etdirəcək debut albomunu buraxmağa - [Alicja Szemplińska 6 illik fasilədən sonra yenidən Polşanı "Avroviziya"da təmsil edəcək.](https://songfestivalaze.com/alicja-szemplinska-6-illik-fasileden-sonra-yeniden-polsani-avroviziya-da-temsil-edecek/): Polşada baş tutan “Finał Krajowych Kwalifikacji 2026” milli seçim turunun qalibi Alicja Szemplińska olub. İfaçı final gecəsində təqdim etdiyi “Pray” mahnısı ilə həm münsiflərin, həm də tamaşaçıların səsverməsində liderliyi ələ alaraq Polşanın 2026-cı il nümayəndəsi seçilib. Səsvermənin nəticələrinə əsasən, Alicja ən yaxın rəqibləri Basia Giewont və Anastazja Maciągı geridə qoyaraq ümumi reytinqdə ən yüksək balı toplayıb. Bu qələbə Alicja üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, gənc ulduz hələ 2020-ci ildə “Empires” mahnısı ilə Polşanı təmsil etmək hüququ qazansa da, koronavirus pandemiyası səbəbindən müsabiqə ləğv edilmiş və onun arzusu yarımçıq qalmışdı. Sonrakı illərdə də şansını sınayan, lakin 2023-cü il seçim - [Bandidos do Cante "Rosa" mahnısı ilə Portuqaliyanı "Avroviziya"da təmsil edəcək.](https://songfestivalaze.com/bandidos-do-cante-rosa-mahnisi-ile-portuqaliyani-avroviziya-da-temsil-edecek/): Portuqaliyanın “Festival da Canção 2026” yarışmasının qalibi məlum olub. Bu il ölkəni “Avroviziya”da “Bandidos do Cante” qrupu “Rosa” mahnısı ilə təmsil edəcək. Beja bölgəsindən olan beş gəncin təmsil olunduğu qrup, finalda həm münsiflərdən, həm də tamaşaçılardan gələn yüksək xallarla cəmi 22 xal ilə birinci yeri tutublar. Onlar səsvermədə ən yaxın rəqibləri Dinis Mota və “Nunca Mates o Mandarim”i qabaqlamağı bacarıblar. “Rosa” mahnısı Portuqaliyanın ənənəvi “Cante Alentejano” üslubu ilə müasir pop musiqisinin birləşməsindən ibarətdir. Səhnədə sadə tərtibata və violin müşayiətinə üstünlük verən qrup, bu sintezlə həm yerli irsi qoruyub, həm də müasir dinləyicinin diqqətini çəkib. Qrup üzvləri qalibiyyətdən sonra verdikləri açıqlamada Vyanada keçiriləcək müsabiqəyə - [Felicia "My System" mahnısı ilə İsveçi Avroviziyada təmsil edəcək](https://songfestivalaze.com/felicia-my-system-mahnisi-ile-isveci-avroviziyada-temsil-edecek/): İsveçdə aylardır davam edən və Avropanın ən böyük milli seçim turları sayılan “Melodifestivalen 2026” final gecəsi ilə yekunlaşdı. Stokholmun “Strawberry Arena”sında baş tutan gərgin mübarizədə Felicia “My System” mahnısı ilə bütün rəqiblərini geridə qoyaraq builki müsabiqənin qalibi adını qazandı. Səsvermə prosesi beynəlxalq münsiflər və İsveç xalqının səsverməsi əsasında 50/50 nisbətində müəyyən edilib. Səsvermənin ilk mərhələsində 8 ölkədən olan beynəlxalq münsiflər heyəti Felicianın performansını yüksək qiymətləndirərək ona 71 xal veriblər. Finalın həlledici anında isə xalq səsverməsinin nəticələri açıqlandı və Felicia tamaşaçılardan 90 xal alaraq ümumi 161 xalla birinci yerə yüksəldi. Onun ən yaxın rəqibləri Greczula (134 xal) və Medina (132 xal) - [San Marinonun "Avroviziya" seçimi bəlli oldu: Senhit və Boy George dueti Vyanaya gedir](https://songfestivalaze.com/san-marinonun-avroviziya-secimi-belli-oldu-senhit-ve-boy-george-dueti-vyanaya-gedir/): San Marinonun “Avroviziya 2026” təmsilçisini müəyyən edən “Una Voce per San Marino” müsabiqəsi builki nəticəsi ilə musiqi dünyasında böyük səs-küyə səbəb olub. Müsabiqənin final gecəsində dünya şöhrətli pop ifaçısı Boy George və “Avroviziya” səhnəsinin təcrübəli siması Senhit dueti “Superstar” mahnısı ilə birincilik qazanaraq Vyanada keçiriləcək 70-ci “Avroviziya” mahnı müsabiqəsində ölkəni təmsil etmək hüququ əldə ediblər. 21 iştirakçının mübarizə apardığı finalda bu duet Kelly Joyce və Paolo Belli kimi güclü rəqiblərini geridə qoyaraq turnir cədvəlinin zirvəsinə yüksəlib. Müasir pop elementlərini 80-ci illərin retro-disko ritmləri ilə uğurla birləşdirən bu mahnı, həm münsiflər heyətinin, həm də tamaşaçıların rəğbətini qazanaraq təmsil etmə hüququ qazanıb. - [Azərbaycanı "Avroviziya 2026"da JIVA təmsil edəcək](https://songfestivalaze.com/azerbaycani-avroviziya-2026-da-jiva-temsil-edecek/): Azərbaycanı “Avroviziya 2026” mahnı müsabiqəsində JIVA təmsil edəcək. JIVA (Cəmilə Həşimova) — güclü vokalı və səmimi ifaları ilə tanınan azərbaycanlı müğənnidir. Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində 2-ci yer qazanması ilə başlayıb. O, 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya” milli seçim həftəsində ilk üçlüyə daxil olmağı bacarıb. Müğənni müxtəlif musiqi layihələrində iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və “Montreux Jazz” festivalında səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada ilə birləşdirib. 2017-ci ildən etibarən JIVA karyerasını - [Fransa "Avroviziya 2026" təmsilçisini elan etdi: 17 yaşlı Monroe Vyanaya gedir!](https://songfestivalaze.com/fransa-avroviziya-2026-temsilcisini-elan-etdi-17-yasli-monroe-vyanaya-gedir/): “Avroviziya 2026” mahnı müsabiqəsinə hazırlıq prosesində olan Fransa nümayəndə heyəti builki seçimini təqdim edib. Bir neçə gün davam edən maraqlı və sirli görüntülərin ardından məlum olub ki, ölkəni Avstriyanın paytaxtı Vyanada gənc ifaçı Monroe təmsil edəcək. Cəmi 17 yaşı olan ifaçı, elandan qısa müddət sonra bu xəbəri öz sosial media hesablarında təsdiqləyərək “Avroviziya” ailəsinə qoşulduğunu bildirib. Monroe müsabiqə səhnəsində “Regarde!” (Bax!) adlı mahnı ilə çıxış edəcək. Təqdimat çərçivəsində hazırlanan və böyük maraqla qarşılanan xüsusi videoçarxda ifaçının uşaqlıq illərini və musiqi yolunun başlanğıcını əks etdirən səmimi arxiv kadrlarına yer verilib. Videonun ən diqqətçəkən məqamlarından biri isə sonluqda mahnının adı olan “Bax!” - [Birləşmiş Krallıq "Avroviziya 2026" Mahnısını Təqdim Etdi: Look Mum No Computer-dən "Eins, Zwei, Drei"](https://songfestivalaze.com/birlesmis-kralliq-avroviziya-2026-mahnisini-teqdim-etdi-look-mum-no-computer-den-eins-zwei-drei/): Birləşmiş Krallıq “Avroviziya 2026” təmsilçisi Look Mum No Computer, gözlənilən “Eins, Zwei, Drei” adlı mahnısını və onun klipini təqdim edib. BBC-nin daxili seçimi ilə Vyanaya yollanacaq sənətçinin bu layihəsi, rejissor Johnny Goddard tərəfindən məşhur Pinewood Studios-da ekranlaşdırılıb. “A Running Commentary” prodüser şirkətinin rəhbərliyi, Matt Gant-ın quruluşçu rejissorluğu və Louis Brennan-ın operator işi ilə ərsəyə gələn klip, sənətçinin analoq sintizatorlara və texnoloji ixtiralara olan marağını bir şouya çevirir. Klipin çəkilişlərində sənətçinin şəxsi muzeyi olan “This Museum is (not) Obsolete”un estetikasına və Mitchel Johns-un texniki məsləhətçiliyi ilə hazırlanan “Kosmo” elementlərinə xüsusi yer verilib. Mahnı həm adı, həm də eksperimental synth-pop tərzi ilə Britaniyanın builki müsabiqədə daha kreativ və - [Noam Bettan "Avroviziya-2026" müsabiqəsində "Michelle" mahnısı ilə çıxış edəcək.](https://songfestivalaze.com/noam-bettan-avroviziya-2026-musabiqesinde-michelle-mahnisi-ile-cixis-edecek/): İsrailin “Avroviziya-2026” təmsilçisi Noam Bettanın müsabiqədə ifa edəcəyi mahnı açıqlanıb. Yanvar ayında “HaKokhav HaBa” yarışmasının qalibi seçilərək ölkəsini təmsil etmək hüququ qazanan ifaçı, uzun çəkən hazırlıqlardan sonra “Michelle” adlı mahnısını və klipini pərəstişkarlarına təqdim edib.  “Michelle” mahnısı özünəməxsus quruluşu ilə diqqət çəkir. Belə ki, bəstə İvrit, Fransız və İngilis dillərinin sintezi şəklində hazırlanıb. Noamın həm İsrail, həm də Fransa köklərinə işarə edən bu seçim, mahnıya beynəlxalq bir ruh qatır.  Janr olaraq müasir pop ritmlərini retro elementlərlə birləşdirən bəstə, Noam Bettanın güclü vokal imkanlarını və səhnə xarizmasını ön plana çıxarmaq üçün xüsusi olaraq ərsəyə gətirilib. Mahnının müəllif heyəti də kifayət qədər iddialıdır. Belə ki, bəstənin - [Rumıniyanı Alexandra Căpitănescu təmsil edəcək](https://songfestivalaze.com/ruminiyani-alexandra-capitanescu-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Rumıniyanı Vyanada keçiriləcək sayca 70-ci Avroviziya Mahnı Müsabiqəsində Alexandra Căpitănescu “Choke Me” adlı mahnısı ilə təmsil edəcək. Alexandra Runıniya musiqisinin ən parlaq gənc adlarından biridir. Sənətçi Rumıniyanın Galați şəhərində dünyaya gəlib. Uşaq yaşlarından ailəsi tərəfindən incəsənətə yönəldilən müğənni 10 yaşından oxumağa başlayıb. Alexandranın Rumıniyada məşhurlaşmasının əsas səbəbi isə 2023-cü ildə “Səs” müsabiqəsinin 11-ci sezonunda qalib olmaq olub. Musiqidən başqa, müğənni Buxarestdə Fizika üzrə ali təhsil alır. “Universal Music” ilə müqavilə bağlayan sənətçi Rumıniyanın musiqi bazarında aktiv fəaliyyətinə davam edir. 4 illik fasilədən sonra yenidən “Avroviziya 2026”-da iştirakını təsdiqləyən Rumıniya təmsilçisini “Selecția Națională” adlı ənənəvi milli seçim turu vasitəsilə seçdi. Müsabiqədən - [İtaliyanı Avroviziya 2026-da Sal Da Vinci təmsil edəcək](https://songfestivalaze.com/italiyani-avroviziya-2026-da-sal-da-vinci-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Ötən gün xəbər verdiyimiz kimi Sal Da Vinci “Per sempre si” adlı mahnısı ilə “Sanremo 2026” festivalının qalibi olmuşdu. Bu gün İtaliya dövlət kanalı RAI-dən verilən məlumata görə Sal Da Vinci ölkəni Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. - [Sanremo 2026-nın qalibi bəlli oldu: Sal Da Vinci İtaliyanı fəth etdi!](https://songfestivalaze.com/sanremo-2026-nin-qalibi-belli-oldu-sal-da-vinci-italiyani-feth-etdi/): İtaliya musiqisinin ən böyük hadisəsi olan 76-cı “Sanremo Musiqi Festivalı” final gecəsi yekunlaşıb və builki qalibin adı açıqlanıb.  Müsabiqənin həlledici mərhələsində Fedez & Masini, Arisa, Ditonellapiaga, Sal Da Vinci və Sayf ən güclü beşlik olaraq superfinala vəsiqə qazanıblar. Təsadüfi ardıcıllıqla təqdim olunan bu beşlik arasında keçirilən gərgin səsvermənin nəticələrinə əsasən, Sal Da Vinci özünün “Per sempre sì” mahnısı ilə rəqiblərini geridə qoyaraq festivalın mütləq qalibi elan edilib.  Sənətçinin “Avroviziya” 2026-da İtaliyanı təmsil edib-etməyəcəyi ilə bağlı qərarın mətbuat konfransında açıqlanacağı bildirilsə də, builki zəfər artıq musiqi dünyasında və sosial mediada səs salıb.  Eyni zamanda, festivalın gələcəyi ilə bağlı mühüm yeniliklər də diqqət mərkəzindədir belə ki, 2027-ci ildən - ["Festival da Canção 2026": İkinci yarımfinalın qalibləri bəlli oldu!](https://songfestivalaze.com/festival-da-cancao-2026-ikinci-yarimfinalin-qalibleri-belli-oldu/): Portuqaliyanın “Avroviziya 2026” mahnı müsabiqəsi üçün seçim turu olan “Festival da Canção 2026”-da növbəti həyəcanlı mərhələ geridə qaldı. Gərgin mübarizə ilə yadda qalan ikinci yarımfinal gecəsində 8 ifaçı finala vəsiqə qazanmaq uğrunda öz bacarıqlarını nümayiş etdirib. Səsvermənin nəticələrinə əsasən, 5 ifaçı münsiflər və tamaşaçılardan ən çox xal toplayaraq adını finalçılar siyahısına yazdırıb. Gecənin nəticələrinə əsasən, Silvana Peres, Bandidos do Cante, João Ribeiro, Sandrino və Gonçalo Gomes rəqiblərini geridə qoyaraq final mərhələsinə adlayıblar. İkinci yarımfinalda səhnə alan Francisco Fontes, Inês Sousa və Jacaréu & Ana Margarida dueti isə festivalda mübarizəni dayandırmalı olublar. Xatırladaq ki, Portuqaliyanın “Avroviziya” təmsilçisinin seçiləcəyi böyük final gecəsi 7 mart tarixində baş tutacaq. Bütün Avropanın diqqət - [Serbiyanı Lavina təmsil edəcək](https://songfestivalaze.com/serbiyani-lavina-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Serbiyanı Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində “Lavina” qrupu “Kraj Mene” adlı mahnısı ilə təmsil edəcək. “Lavina” Serbiyadan olan pop-rok / alternativ rok qrupudur. Qrup melodik rok və emosional pop elementlərini birləşdirir. Onların mahnılarında romantik və nostalji mövzular, güclü vokal melodiyaları, müasir rok aranjmanları tez-tez hiss olunur. Qrupun səhnə performansları daha çox emosional atmosfer və minimalistik vizual üslubla seçilir. Mahnıları “Kraj mene” sevdiyin insanın yanında olmaq, emosional bağlılıq mesajları ötürür. Serbiya bu il də “Pesma Za Evroviziju“ adlı seçim turu ilə təmsilçisini müəyyən etdi. 2 yarımfinal və 1 finaldan ibarət olan müsabiqənin finalı Belqrad şəhərində keçirildi. Hər yarımfinaldan 8 nəfərin - [Almaniyanı Sarah Engels təmsil edəcək](https://songfestivalaze.com/almaniyani-sarah-engels-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Almaniyanı Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində Sarah Engels “Fire” adlı mahnısı ilə təmsil edəcək. Sarah Engels 1992-ci ildə Almaniyanın Köln şəhərində anadan olub. Almaniyada doğulmasına baxmayaraq onun italyan əsilləri də var. 2009-cu ildən peşəkar musiqiçi fəaliyyətinə başlayıb. Müğənninin Almaniyada əsas tanınma səbəbi “Deutschland sucht den Superstar” adlı televiziya müsabiqəsinin 8-ci sezonunda 2-ci olması olub. Eyni zamanda 2020-ci ildə Avroviziya Mahnı Müsabiqəsi pandemiya səbəbilə ləğv edildikdən sonra təşkil olunan “Free European Song Contest”-də Sarah İtaliyanı “Te Amo Mi Amor” mahnısı ilə təmsil edərək 16 iştirakçı arasında 13-cü yeri tutmuşdu. Almaniya bu il də təmsilçisini milli seçim turu ilə müəyyən etdi. - [Finlandiyanı Linda Lampenius & Pete Parkkonen dueti təmsil edəcək](https://songfestivalaze.com/finlandiyani-linda-lampenius-pete-parkkonen-dueti-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Finlandiyanı 70-ci Avroviziya Mahnı Müsabiqəsində Linda Lampenius & Pete Parkkonen dueti “Liekinheitin” adlı mahnı ilə təmsil edəcək. Fin pop-star Pete Parkkonen və əfsanəvi piano ifaçısı, beynəlxalq olaraq Linda Brava adı ilə tanınan Linda Lampenius dueti Finlandiya bayrağını Vyanada daşımaq hüququ qazandı. Linda Lampenius 1970-ci ildə doğulub. Sənətçi uşaq yaşlarından klassik musiqi ilə maraqlandığı üçün 8 yaşında məktəb orkestrına daxil olub. Elə məktəb yaşlarından etibarən, Şimali Amerika, Avropa, Rusiya və Asiyada qatrollarda olmağa başlayıb. O demək olar ki, hər janrda: caz, xalq musiqisi(əsasən skandinav), rok, classic crossover, klassik, pop ifa edib. Eyni zamanda UMK 2025-də qonaq sənətçi kimi “The Shanghain Valot” - ["Melodifestivalen"də 5-ci yarımfinalın nəticələri məlum olub:](https://songfestivalaze.com/melodifestivalen-de-5-ci-yarimfinalin-neticeleri-melum-olub/): İsveçdə “Avroviziya 2026” mahnı müsabiqəsi üçün keçirilən milli seçim turunun “Melodifestivalen”in beşinci yarımfinal mərhələsi yekunlaşıb.  Səsvermənin nəticələrinə əsasən, finala birbaşa vəsiqə qazanan və “ikinci şans” mərhələsinə qalan iştirakçılar müəyyənləşib. Gecənin səsvermə nəticələrinə görə, Lilla Al-Fadji “Delulu” adlı bəstəsi ilə yarımfinalın qalibi olub. O, topladığı səs sayına görə qrupun birincisi kimi birbaşa finala adlayıb. Yarışmanın digər iştirakçısı, 2014-cü ildə İsveçi “Avroviziya”da təmsil etmiş Sanna Nielsen “Waste Your Love” mahnısı ilə ikinci yeri tutaraq martın 7-də keçiriləcək final mərhələsində iştirak hüququ qazanan növbəti təmsilçi olub. Yarımfinalın sonunda builki yeni qaydalara əsasən finalın tam heyətini formalaşdırmaq üçün əlavə səsvermə mərhələsi baş tutub. Bu mərhələdə Meira Omar rəqiblərini geridə qoyaraq - [Bolqarıstan Avroviziya 2026 mahnısını da seçdi](https://songfestivalaze.com/bolqaristan-avroviziya-2026-mahnisini-da-secdi/): Daha öncə 31 yanvarda milli seçim turu keçirən Bolqarıstan 8 namizəd arasından “Avroviziya 2026” təmsilçisini seçmişdi. Münsif və tamaşaçı səsverməsinin nəticəsində 30 xal toplayaraq 7 rəqibini də geridə qoyan DARA(Darina Yotova) ölkəsini Vyanada təmsil etməyə haqq qazanmışdı. 28 fevralda keçirilən Dara üçün mahnı seçim mərhələsi digər mərhələdən fərqli idi. Belə ki, Dara həm öz komandası ilə hazırladığı mahnını, həm də aralarında məşhur bəstəkarlar Dimitris Kontopoulos və Cristian Tarcea olan beynəlxalq heyət tərəfindən hazırlanmış 2 mahnını canlı olaraq ifa etdi. Sözügedən mahnılar aşağıdakılardır: Mahnıların Dara tərəfindən təqdim edilməsinin ardınca səsvermə başlasdı. Bolqar yayımçı BNT daha öncə səsvermə sistemi barədə məlumatı təsdiqləmişdi. - [Norveçi Avroviziya 2026da Jonas Lovv təmsil edəcək](https://songfestivalaze.com/norveci-avroviziya-2026da-jonas-lovv-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Norveçi Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində Jonas Lovv “Ya ya ya” adlı mahnısı ilə təmsil edəcək. Jonas Lovv əslən İsveçli müğənnidir. O, Skandinaviyada gənc və perspektivli sənətçi kimi tanınır. Əsasən, pop janrında fəaliyyət göstərir. Bhndan əlavə, alternativ pop və müasir elektro elementlərdən də istifadə edir. Norveç bu il də təmsilçisini “Norsk Melodi Grand Prix” adlı seçim turu ilə müəyyən etdi. Müsabiqəyə bu il 1500-dən çox müraciət qəbul edilmişdi. Bu il ilk dəfə NRK radio dueli baş tutdu və 1 iştirakçı duel qalibi olaraq izləyicilər tərəfindən seçildi. Finalda isə qalib 60% telesəsvermə və 40% münsif səsverməsi hesabına müəyyən edildi. - [Litvanı “Avroviziya 2026”-da Lion Ceccah təmsil edəcək](https://songfestivalaze.com/litvani-avroviziya-2026-da-lion-ceccah-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Litvanı Vyanada keçirilən sayca 70-ci Avroviziya Mahnı Müsabiqəsində Lion Ceccah “Sólo quiero más” adlı mahnısı ilə təmsil edəcək. Əsl adı Tomas Alenčikas olan müğənni Litva səhnəsinin parlaq gənc ulduzlarındandır. O, Litvanın Avroviziya seçimləri üçün yad biri deyil, belə ki, sənətçi 2019,2020 və 2023-cü illərdə də müxtəlif mahnılarla “Eurovizija.LT”-ya qatılıb. Əsasən, alternativ pop və indie janrlarında ifa edir, bəstəkar karyerası da var. Lion Ceccah-ın “Sólo quiero más” mahnısı insanın daxilindəki güclü hisslərdən, daha çox sevgi, azadlıq və həyat enerjisi istəməsindən bəhs edir. Mahnının sözləri bir tərəfdən romantik ehtirası, digər tərəfdən isə insanın özünü tapmaq istəyini göstərir; ritm və dramatik səhnə atmosferi - [Əfəndi "Het Grote Songfestivalfeest 2026" konsertində çıxış edəcək.](https://songfestivalaze.com/efendi-het-grote-songfestivalfeest-2026-konsertinde-cixis-edecek/): Azərbaycanın Avroviziya təmsilçisi Samirə Əfəndi, 13 noyabr 2026-cı il tarixində Niderlandın Amsterdam şəhərində yerləşən Ziggo Dome arenasında keçiriləcək “Het Grote Songfestivalfeest” konsert proqramında çıxış edəcək. Cümə gününə təyin olunan bu irimiqyaslı tədbirdə sənətçi özünün müsabiqə hitlərini və tanınmış mahnılarını ifa edəcək. Avropanın müxtəlif ölkələrindən olan Avroviziya ulduzlarını bir araya gətirən bu illik festival çərçivəsində Əfəndi, minlərlə tamaşaçı qarşısında özünəməxsus səhnə şousu ilə çıxış edəcək. - [Serbiya: "Pesma za Evroviziju 2026"da ikinci yarımfinal başa çatdı.](https://songfestivalaze.com/serbiya-pesma-za-evroviziju-2026-da-ikinci-yarimfinal-basa-catdi/): Serbiyanın “Avroviziya 2026” təmsilçisini müəyyən edəcək “Pesma za Evroviziju 2026” milli seçim turunda ikinci yarımfinal mərhələsi başa çatıb. Fevralın 26-da baş tutan canlı şouda 12 ifaçı mübarizə aparıb və onlardan yalnız 7-si münsif heyəti və tamaşaçı səsverməsinin nəticəsində finala vəsiqə qazanıb. İkinci yarımfinalın finalçıları: Gecənin sonunda növbəti mərhələyə keçən ifaçılar aşağıdakı kimidir: GEMINNI – «Metar sreće» Brat Pelin – «Fräulein» Zona – «Čairi» LU – KA – «Veruj» LAVINA – «Kraj mene» Jack Lupino – «Adrenalin» Harem Girls x Ivana – «Bom Bom» Təəssüf ki, Aleksandar, Milica Burazer, Sanja Aleksić, Avgust və Aleksandra Sekulić bu mərhələdə yarışma ilə vidalaşmalı olublar. - ["Avroviziya 2026": 3 ifaçı, 3 mahnı, bir qərar – Azərbaycan kimi seçəcək?](https://songfestivalaze.com/avroviziya-2026-3-ifaci-3-mahni-bir-qerar-azerbaycan-kimi-sececek/): Dünyanın bir çox ölkəsi “Avroviziya 2026” təmsilçisinin adını artıq açıqlasa da, Azərbaycanın builki seçimi hələ də böyük maraqla gözlənilir.  Axşam.az saytına istinadən xəbər veririk ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova iştirakçı seçimində artıq son mərhələyə çatdıqlarını bildirib. O, Vyanada ölkəmizi təmsil edəcək namizədin müəyyənləşməsi üçün hazırda üç güclü ifaçı və mahnı üzərində seçim aparıldığını qeyd edib. Prosesdəki gecikməyə və seçim mərhələsinə toxunan Nurlana Cəfərova bildirib: “Hazırda 3 güclü ifaçı və mahnı var. Bunun üzərində seçim aparılır. Sonuncu iclas sabah olacaq. Onda təmsilçimizin kim olacağını biləcəyik. Mediaya isə bunun gələn həftə açıqlanması gözlənilir. Gecikməyə səbəb “Focus Group”un rəylərini almaq idi. Bunu - [“Pesma za Evroviziju 2026” ilk yarımfinalı baş tutdu](https://songfestivalaze.com/pesma-za-evroviziju-2026-ilk-yarimfinali-bas-tutdu/): Serbiyanın Avroviziya təmsilçisini müəyyən etdiyi milli seçim turunun ilk yarımfinalı bu gün baş tutdu. 12 yarımfinalçının iştirak etdiyi gecədən 6 sənətçi finala adladı: Qeyd edək ki, “PZE 2026” nəticələri 50% xalq və 50% münsif səsverməsi nəticələrinə əsasən aparılır. Müsabiqənin 2-ci yarımfinalı 26 fevral, finalı isə bu həftə baş tutacaq daha bir super-şənbə 28 fevraldadır. İlk yarımfinalın əsas favoriti qalmaqallı mahnı adı ilə seçilən Zejna və mahnısı “Jugoslavija” idi. - [RTVE: Müsabiqəmizə sahib çıxacağıq!](https://songfestivalaze.com/rtve-musabiq%c9%99miz%c9%99-sahib-cixacagiq/): İspaniya yayımçısı Avroviziyada iştirak qaydalarında dəyişikliklərin müzakirəsini yenidən təklif edəcəyini bildirib. İspaniyanın RTVE yayımçısının prezidenti Xose Pablo Lopes müharibə vəziyyətində olan ölkələrin Avroviziyada iştirakını qadağan etməyi təklif edib. Təşəbbüsün məqsədi musiqi səhnəsinin fəal silahlı münaqişələr zamanı təbliğat və ya siyasi təsir vasitəsi kimi istifadə edilməsinin qarşısını almaqdır. Xose Pablo Lopes belə çıxış edib: İspaniya bu il tarixində ilk dəfə Avroviziyadan geridə qalır. Buna səbəb isə müsabiqəni öz mənafeyi üçün propaqanda alətinə çevirən ölkədir. Biz buna son vermək üçün bizimlə birlikdə Avroviziya və Avropanın gələcəyini düşünən ölkələrlə birlikdə addım ataraq artıq Avropanın milli dəyərinə çevrilmiş müsabiqəmizə sahib çıxacağıq. Qeyd etmək lazımdır - ["Festival da Canção 2026"da ilk finalistlər müəyyənləşib](https://songfestivalaze.com/festival-da-cancao-2026-da-ilk-finalistler-mueyyenlesib/): Portuqaliyanın “Avroviziya” mahnı müsabiqəsi üçün təşkil etdiyi “Festival da Canção 2026” milli seçim turunun ilk yarımfinal mərhələsi yekunlaşıb. Müsabiqənin bu mərhələsində cəmi 8 ifaçı finala vəsiqə qazanmaq uğrunda öz performanslarını nümayiş etdirib. İştirakçılar arasında bu adlar yer alıb: Dinis Mota – “Jurei” Nunca Mates o Mandarim – “Fumo” Evaya – “Sprint” André Amaro – “Dá-me a tua mão” Bateu Matou – “Nos teus olhos” Marquise – “Chuva” Agridoce – “Onde quero estar” Mário Marta – “Pertencer” Keçirilən səsvermənin nəticələrinə əsasən, səkkiz namizəddən beşi rəqiblərini qabaqlayaraq final mərhələsinə adlaya bilib. Beləliklə, Dinis Mota, Evaya, Marquise, Nunca Mates o Mandarim və André - [Litva "Eurovizija.LT" Seçimlərində Finalçılar Bəlli Oldu: 5-ci Yarımfinalın Qalibi Lolita Zero Seçildi](https://songfestivalaze.com/litva-eurovizija-lt-secimlerinde-finalcilar-belli-oldu-5-ci-yerin-qalibi-lolita-zero-secildi/): Litva 2026-cı ildə Vyanada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi üçün öz təmsilçisini seçməyə davam edir. Fevralın 21-də ölkənin milli seçim turu olan “Eurovizija.LT” layihəsinin 5-ci və sonuncu yarımfinal mərhələsi baş tutub. Səkkiz ifaçının mübarizə apardığı bu gecədə həm münsiflər heyəti, həm də tamaşaçılar öz favoritlərini müəyyənləşdiriblər. Səsvermənin nəticələrinə əsasən, gecənin qalibi Lolita Zero olub. O, “Salve im meum mundum” adlı mahnısı ilə həm münsiflərdən, həm də tamaşaçılardan maksimum 12 xal (cəmi 24 xal) toplayaraq böyük finala vəsiqə qazanıb. Lolita Zeronun performansı builki seçimlərin ən çox müzakirə olunan və vizual baxımdan fərqlənən çıxışlarından biri kimi yadda qalıb. Gecənin ikinci uğurlu çıxışı isə - ["Melodifestivalen 2026" : İsveçin Milli Seçim Turunda Dördüncü Mərhələ Yekunlaşdı](https://songfestivalaze.com/melodifestivalen-2026-isvecin-milli-secim-turunda-dorduncu-merhele-yekunlasdi/): İsveçdə “Avroviziya 2026” mahnı müsabiqəsi üçün keçirilən milli seçim turu olan “Melodifestivalen 2026”-nın dördüncü mərhələsi yekunlaşıb. 21 fevral gecəsi baş tutan bu turda altı fərqli ifaçı öz ifalarını təqdim edərək finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb. Gərgin keçən səsvermənin nəticələrinə əsasən, ötən illərdən tamaşaçıların sevimlisi olan “Smash Into Pieces” qrupu “Hollow” adlı mahnısı ilə birinci raundun qalibi olaraq birbaşa finala adını yazdırıb. İkinci raundda isə yaş qrupları üzrə ən yüksək balı (88 xal) toplayan gənc ifaçı Cimberly “Eternity” mahnısı ilə finalın ikinci iştirakçısı olmağı bacarıb. Yarışmanın digər pillələrində də maraqlı nəticələr qeydə alınıb. Meira Omar “Dooset Daram” mahnısı ilə 76 - [Ev sahibi Avstriyanı Cosmó təmsil edəcək](https://songfestivalaze.com/ev-sahibi-avstriyani-cosmo-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Avstriyanı sayca 70-ci Avroviziya Mahnı Müsabiqəsində Cosmó “Tanzschein” adlı mahnısı ilə təmsil edəcək. Əsl adı Benjamin Gedeon olan sənətçi 2006-cı ildə Avstriyanın Burgenland əyalətində dünyaya gəlib. 2020-ci ildə “The Voice Kids Germany”-də iştirak edib. Mahnısı “Tanzschein” almancadır. Müsabiqənin ev sahibi olan Avstriya artıq 3-cü dəfədir ki, ev sahibliyi edir. Ölkə təmsilçisini “Wer singt für Österreich?”(Avstriya üçün kim oxuyacaq?) adlı milli seçim turu vasitəsilə müəyyən etdi. 12 iştirakçının mübarizə apardığı final mərhələsində həm beynəlxalq münsif səsverməsi, həm də xalq səsverməsi hesabına Avstriya “Avroviziya 2026” üçün öz qərarını verdi. - [Belçika "Avroviziya 2026" təmsilçisini və mahnısını elan etdi: ESSYLA "Dancing On The Ice" ilə səhnədə!](https://songfestivalaze.com/belcika-avroviziya-2026-temsilcisini-ve-mahnisini-elan-etdi-essyla-dancing-on-the-ice-ile-sehnede/): “Avroviziya 2026” mahnı müsabiqəsinə hazırlıqların sürətləndiyi bir vaxtda, Belçika bu il ölkəni təmsil edəcək ifaçının adını açıqlayaraq diqqətləri üzərinə çəkib. Verilən məlumata görə, Belçika bayrağını Avropa səhnəsində özünəməxsus tərzi və güclü vokal imkanları ilə tanınan gənc sənətçi ESSYLA dalğalandıracaq. İfaçı müsabiqədə dramatik elementlərlə zəngin olan “Dancing On The Ice” adlı bəstəsini səsləndirəcək. Modern pop və alternativ musiqi janrlarını uğurla sintez edən ESSYLA, son illərdə Avropa musiqi arenasında öz dəst-xətti ilə seçilən bəstəkar və ifaçılardan biri kimi tanınır. Onun təqdim etdiyi bu yeni mahnı həm lirik dərinliyi, həm də buz üzərindəki zəriflik və daxili gücü simvolizə edən mövzusu ilə artıq musiqi tənqidçiləri və müsabiqə həvəskarları - [İlqarə Kazımova: "Avroviziya üçün indi tam hazıram"](https://songfestivalaze.com/ilqare-kazimova-avroviziya-ucun-indi-tam-haziram/): Müğənni İlqarə Kazımova “İncə səhər” proqramında qonaq olarkən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı planlarından danışıb. Sənətçi bildirib ki, hələlik ona rəsmi bir dəvət gəlməsə də, Azərbaycanı bu böyük səhnədə təmsil etmək arzusundadır. 2011-ci ildəki seçim turlarını xatırlayan ifaçı, keçmişə baxışını maraqlı bir etirafla bölüşüb:  “Nə yaxşı o vaxt getmədim. Çünki hazır deyildim”. O qeyd edib ki, aradan keçən illər ərzində həm musiqiçi, həm də fərd kimi böyük təcrübə toplayıb və hazırda özünü müsabiqə üçün tam hazır hiss edir. - [Birləşmiş Krallıq "Avroviziya 2026" təmsilçisini elan etdi: Ölkəni LOOK MUM NO COMPUTER təmsil edəcək](https://songfestivalaze.com/birlesmis-kralliq-avroviziya-2026-temsilcisini-elan-etdi-olkeni-look-mum-no-computer-temsil-edecek/): Birləşmiş Krallıq “Avroviziya 2026” təmsilçisini açıqladı. Ölkəni Vyanada keçiriləcək müsabiqədə LOOK MUM NO COMPUTER layihəsi ilə tanınan musiqiçi və ixtiraçı Sam Battle təmsil edəcək. Sənətçinin müsabiqə üçün nəzərdə tutulan mahnısı yaxın günlərdə ilk dəfə efirdə təqdim olunacaq. Premyera ilə yanaşı, ifaçının ilk eksklüziv müsahibəsi yaxın həftələrdə BBC Radio 2 və BBC Sounds platformalarında yayımlanan “The Scott Mills Breakfast Show” proqramında səslənəcək. Sam Battle musiqi dünyasında köhnə elektronika hissələrindən və oyuncaqlardan mürəkkəb sintezatorlar düzəldən mühəndis-musiqiçi kimi tanınır. Onun tərzi elektronika və synth-pop elementlərinə əsaslanır. BBC-nin bu seçimi Britaniyanın standart pop janrından uzaqlaşaraq, səhnədə daha fərqli və texnoloji bir performansa üstünlük verdiyini göstərir. - [Akylas Yunanıstan üçün “Gətir” deyəcək.](https://songfestivalaze.com/akylas-yunanistan-ucun-g%c9%99tir-dey%c9%99c%c9%99k/): Yunanıstanı “Avroviziya 2026” Mahnı Müsabiqəsində Akylas “Φέρτο”(azərbaycanca: gətir) adlı mahnısı ilə təmsil edəcək. Tam adı Akylas Mytilinaios olan sənətçi 1999-cu ildə Yunanıstanın Serres şəhərində dünyaya gəlib. 2011-ci ildən etibarən öz “Youtube” kanalını açaraq musiqi kontentləri paylaşan Akylas 2021-ci ildə “The Voice of Greece” yarışmasında iştirak edib. Sənətçinin mahnısı “Φέρτο” ingilis, yunan, ispan və fransız dillərindədir. Artıq iki ildir ki, dalbadal milli seçim turu keçirən Yunanıstan 2025-ci ildə “Ethnikós Telikós” adlı seçim turu ilə təmsilçisini müəyyən edərək “Avroviziya 2025” finalında yüksək nəticə əldə etdikdən sonra, 2026-cı ildə də seçim turu keçirəcəyini elan etdi. 2026-cı il üçün isə seçim turunun adı dəyişdirilərək - [Xorvatiyanı “Lelek” qrupu təmsil edəcək](https://songfestivalaze.com/xorvatiyani-lelek-qrupu-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Xorvatiyanı Vyanada keçiriləcək “Avroviziya 2026” Mahnı Müsabiqəsində “Lelek” qrupu “Andromeda” adlı mahnıları ilə təmsil edəcək. “Lelek” 2024-cü ilin sentyabr ayında qurulan Xorvatiya etno-pop qrupudur. Qrup, slavyan mədəni kimliyini qorumaq və yenidən şərh etmək məqsədi ilə Xorvatiya ənənəvi musiqisinin elementlərini müasir pop səsi ilə birləşdirir. 2025-ci ildə də xorvat seçim turuna qatılan qrup finalda 4-cü yeri tutmuşdu. Onların mahnıları “Andromeda” qadının cəmiyyətdəki gücünü və əvəzolunmaz əhəmiyyətini mövzu edən bir mahnıdır. Bu mahnı, köləlik və dinlərindən zorakılıqla imtina təhlükəsi qarşısında bədənlərinə xaç döyməsi ilə silinməz şəxsiyyət və müqavimət izi buraxan Bosniya və Herseqovinadan olan xorvat katolik qadınlarının tarixindən ilhamlanıb. Xorvatiya “Avroviziya 2026” - [Latviya "Avroviziya 2026" Təmsilçisini Seçdi: Atvara Qalib Oldu!](https://songfestivalaze.com/latviya-avroviziya-2026-temsilcisini-secdi-atvara-qalib-oldu/): Latviyanın “Supernova 2026” müsabiqəsi 14 fevral tarixində finalı ilə yekunlaşdı. On güclü namizədin mübarizə apardığı gecədə həm musiqi tənqidçiləri, həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan Atvara, “Ēnā” adlı sözü və musiqisi özünə aid mahnısı ilə qalib gələrək Latviyanı Avroviziyada təmsil etmək hüququ qazandı. Atvara müsabiqəyə qatıldığı ilk gündən etibarən mistik və emosional atmosferi, həmçinin minimalist, lakin görüntü olaraq zəngin səhnə şousu ilə fərqlənməyi bacardı. Yarımfinal mərhələsində göstərdiyi vokalı və özünəməxsus tərzi onu qısa müddətdə bukmeykerlərin və fanatların əsas favoritinə çevirdi.  Müsabiqə boyunca digər iştirakçılardan fərqli olaraq, mahnısını tamamilə Latviya dilində təqdim edən sənətçi, milli kimliyi müasir musiqi elementləri ilə uğurla - [Danimarkanı Søren təmsil edəcək](https://songfestivalaze.com/danimarkani-soren-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Danimarkanı Avstriyanın Vyana şəhərində keçiriləcək “Avroviziya 2026” Mahnı Müsaniqəsində Søren Torpegaard Lund “Før vi går hjem” adlı mahnısı ilə təmsil edəcək. Ümumilikdə 8 mahnının yarışdığı “Dansk Melodi Grand Prix 2026”-da aralarında ölkənin ötənilki təmsilçisi Sissal-ın da olduğu super final mərhələsinə qalan sənətçi münsif və xalq səsverməsinin nəticələri əsasında qalib elan edilərək Danimarkanı “Avroviziya 2026”-da təmsil etməyə haqq qazandı. - ["Eurovizija.lt 2026" : Litvada dördüncü mərhələ yekunlaşdı – "SHWR" və Lion Ceccah finalda!](https://songfestivalaze.com/eurovizija-lt-2026-litvada-dorduncu-merhele-yekunlasdi-shwr-ve-lion-ceccah-finalda/): Litvanın “Avroviziya 2026” seçimləri olan “Eurovizija.lt” müsabiqəsinin dördüncü mərhələsi “LRT” studiyalarında baş tutan gərgin mübarizə ilə yekunlaşdı.  Səkkiz ifaçının yarışdığı gecədə münsiflər heyəti və tamaşaçı səsverməsinin cəmində ən yüksək nəticəni göstərən iki iştirakçı finala vəsiqə qazandı. Eksperimental üslubu ilə diqqət çəkən “SHWR” qrupu “Contact!” mahnısı ilə həm münsiflərdən, həm də tamaşaçılardan yüksək xallar alaraq gecənin birincisi oldu. Tamaşaçıların ən çox rəğbət bəslədiyi Lion Ceccah isə “Sólo quiero más” ifası ilə ikinci finalçı kimi adını siyahıya yazdırdı.  Nøra Blu 18 xalla üçüncü yeri tutaraq finalın bir addımlığında qalsa da, digər iştirakçılar — Emi Acidic, Patricija Luščynska və Freya Alley kifayət qədər səs toplaya bilməyərək bu mərhələdə - [Estoniyanı “Vanilla Ninja” qrupu təmsil edəcək.](https://songfestivalaze.com/estoniyani-vanilla-ninja-qrupu-t%c9%99msil-ed%c9%99c%c9%99k/): Estoniyanı Vyanada keçiriləcək “Avroviziya 2026” Mahnı Müsabiqəsində “Vanilla Ninja” qrupu “Too Epic to be True” adlı mahnısı ilə təmsil edəcək. Estoniyanın ənənəvi Avroviziya seçim turu “Eesti Laul” qalibi olaraq qrup bu haqqı əldə etdi. Özləri ilə bərabər digər 2 namizədlə birlikdə super finaldan qalib çıxan qrup adını Estoniyanın Avroviziya tarixinə yazmağı bacardı. Qeyd edək ki, Estoniya sonuncu dəfə 2001-ci ildə Avroviziyada qalib olmuş, 2002-ci ildə müsabiqə ölkənin paytaxtı Tallin şəhərində keçirilmişdi. - ["Melodifestivalen 2026" 3-cü mərhələnin nəticələri bəlli oldu](https://songfestivalaze.com/melodifestivalen-2026-3cu-merhelenin-neticeleri-belli-oldu/): “Melodifestivalen” 2026-nın Kristianstad şəhərində baş tutan üçüncü mərhələsi (Deltävling 3), həm təcrübəli ifaçıların dominantlığı, həm də gənc ulduzların yüksəlişi ilə yadda qaldı. Gecənin səsvermə nəticələrinə əsasən, “Medina” qrupu “Viva L’Amor” adlı enerjili ritmləri ilə birinci raundun qalibi olaraq birbaşa finala vəsiqə qazanan ilk ad oldu. Onların ardınca, yaş qrupları üzrə səsvermədə 90 xal toplayan Saga Ludvigsson “Ain’t Today” mahnısı ilə ikinci finalçı kimi Stokholmdakı böyük finalda yerini aldı. Müsabiqənin təsirli çıxışlarından birinə imza atan Eva Jumatate isə 80 xalla üçüncü yeri tutaraq final seçmələri mərhələsinə adladı və final üçün son şansını qorudu. Digər iştirakçılar — Korslagda (67 xal), Patrik Jean (43 xal) və Emilia Pantić - ["Sing For Greece 2026": Böyük Finalın Bütün Namizədləri Məlum Oldu!](https://songfestivalaze.com/sing-for-greece-2026-boyuk-finalin-butun-namizedleri-belli-oldu/): Gözlənildiyi kimi, Yunanıstanın builki seçim turu böyük marağa səbəb olub və artıq bütün finalçıların adları bəlli olub. İki gərgin yarımfinaldan sonra həlledici mərhələyə vəsiqə qazananların tam siyahısı belədir: I Yarımfinalın qalibləri: II Yarımfinalın qalibləri: Fevralın 15-də baş tutacaq finalda bu 14 ifaçı arasından yalnız biri Yunanıstanı “Avroviziya 2026” səhnəsində təmsil etmək şansı qazanacaq. Həm təcrübəli adların, həm də yeni istedadların yer aldığı bu siyahı final gecəsinin olduqca rəqabətli keçəcəyindən xəbər verir. - ["Dora 2026" ikinci yarım-finalında kimlər finala vəsiqə qazandı?](https://songfestivalaze.com/dora-2026-ikinci-yarim-finalinda-kimler-finala-vesiqe-qazandi/): Xorvatiyanın “Avroviziya 2026” təmsilçisini müəyyən edəcək “Dora 2026” mahnı müsabiqəsinin ikinci yarım-final mərhələsi başa çatıb. Gərgin keçən səsvermənin nəticələrinə əsasən, böyük finalda mübarizə aparacaq növbəti 8 ifaçı bəlli olub. Finala vəsiqə qazanan ifaçılar bunlardır: Bu ifaçılar fevralın 15-də keçiriləcək böyük finalda birinci yarım-finalın qalibləri ilə birlikdə Xorvatiyanı Vyanada təmsil etmək uğrunda səhnəyə çıxacaqlar. - ["Eurovision Live Tour 2026" gözlənilmədən ləğv edildi](https://songfestivalaze.com/eurovision-live-tour-2026-gozlenilmeden-legv-edildi/): “Avroviziya” həvəskarlarının böyük maraqla gözlədiyi “Eurovision Live Tour 2026” layihəsi rəsmən ləğv olunub. Avropa Yayım Birliyinin (EBU) rəsmi tərəfdaşları ilə birlikdə verdiyi bəyanata əsasən, bu qərar “qarşısıalınmaz texniki və logistik çətinliklər” səbəbindən qəbul edilib. İyun ayında Londondan başlaması və Avropanın 10 fərqli şəhərini əhatə etməsi planlaşdırılan turda Helena Paparizou, Lordi və Johnny Logan kimi ulduzların çıxışı nəzərdə tutulmuşdu. Təşkilatçılar artıq bilet almış şəxslərə ödənişlərin tam şəkildə geri qaytarılacağını və diqqətin hazırda Vyanada keçiriləcək 70-ci yubiley müsabiqəsinə yönəldiyini bildiriblər. - [Məşhur Belçikalı müğənni Avroviziyaya “yox” dedi](https://songfestivalaze.com/m%c9%99shur-belcikali-mug%c9%99nni-avroviziyaya-yox-dedi/): Belçikanı “Avroviziya 2015”-də “Rhythm Inside” adlı mahnısı ilə təmsil edərək 4-cü yeri qazanmış Loïc Nottet “Avroviziya 2026”-da ölkəsini yenidən təmsil etmək haqqında təklifdən imtina edib. Buna səbəb kimi, İsrailin “Avroviziya 2026”-dan disqvalifikasiya edilməməsi olub. Belə ki, müğənninin adı son illərdə tez-tez ölkəsini yenidən Avroviziya səhnəsində təmsil etmək üçün çəkilirdi. 2026-cı il üçün də həm fanlar həm də yerli və eyni zamanda qonşu fransız xəbər saytları Loïc-in təmsilçi olaraq seçiləcəyini təxmin edirdi. Xatırladaq ki, 5 ölkənin müsabiqədən İsrailə görə çəkilməsinin ardından Belçika da müsabiqədən çəkiləcək ölkələr arasında yer alacaqdı. Lakin sonradan ölkənin ənənəvi Avroviziya yayımçısı, flaman VRT(Vlaamse Radio- en Televisieomroeporganisatie) kanalı - ["Dora 2026"-nın ilk finalçıları bəlli oldu](https://songfestivalaze.com/dora-2026-nin-ilk-finalcilari-belli-oldu/): “Dora 2026” milli seçim turunun birinci yarımfinalı fevralın 12-də Zaqrebdə, “HRT”-nin “Anton Marti” studiyasında keçirilib.  Gecənin əsas məqsədi, Vyanada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində Xorvatiyanı təmsil etməyə iddialı olan 24 namizəddən ilk 12-sini sınaqdan keçirmək idi.  Barbara Kolar və Duško Ćurlić kimi təcrübəli simaların aparıcılığı ilə keçən şou həm vizual effektləri, həm də janr rəngarəngliyi ilə diqqət çəkdi. Səhnəyə çıxan 12 iştirakçı arasında pop-rok, elektron musiqi və klassik balladalar üstünlük təşkil edirdi. Yarımfinalın ən maraqlı dəqiqələrindən biri isə Xorvatiya estradasının ulduzu Danijela Martinović-in xüsusi qonaq qismində çıxış edərək tamaşaçılara nostalji anlar yaşatması oldu. Nəticələrə gəldikdə, builki qaydalara əsasən yarımfinal mərhələsində münsiflər - [Yunanıstan "Avroviziya 2026" Marafonuna Start Verdi](https://songfestivalaze.com/yunanistan-avroviziya-2026-marafonuna-start-verdi/): Yunanıstanın “ERT” dövlət kanalı “Avroviziya” təmsilçisini müəyyən etmək üçün milli seçim turuna start verib. “Sing for Greece – Ellinikós Telikós 2026” adı altında keçirilən müsabiqədə 28 namizəd iki yarımfinalda mübarizə aparır. Artıq fevralın 11-də baş tutan birinci yarımfinalın nəticələrinə görə ilk finalistlər bəllidir, növbəti həlledici mərhələ isə fevralın 13-də baş tutacaq. Ümumilikdə 14 ifaçı fevralın 15-də keçiriləcək böyük finalda Vyanaya gedən yola bir addım daha yaxınlaşacaq. Builki seçimlər həm janr rəngarəngliyi, həm də tanınmış simaların qayıdışı ilə yadda qalır. Xüsusilə 2013-cü ildə ölkəni uğurla təmsil edən “Koza Mostra” qrupunun geri dönüşü və beynəlxalq arenada tanınan Evangelia-nın iştirakı rəqabəti daha da - [Eldar Qasımov San Marinonun "Avroviziya 2026" seçim mərhələsində münsif heyətinə daxil edilib](https://songfestivalaze.com/eldar-qasimov-san-marinonun-avroviziya-2026-secim-merhelesinde-munsif-heyetine-daxil-edilib/): Azərbaycanlı ifaçı və musiqi prodüseri Eldar Qasımov San Marinonun 2026-cı ildə keçiriləcək “Avroviziya” Mahnı Müsabiqəsi üçün təmsilçi seçimində iştirak edəcək. Sənətçi, ölkənin milli seçim prosesinin bir hissəsi olan “Stage & Live Academy 2026” layihəsinə münsif heyətinin üzvü kimi dəvət olunub. Təşkilatçılar Eldar Qasımovun seçim heyətinə daxil edilməsini onun beynəlxalq müsabiqə təcrübəsi ilə əsaslandırıblar. Qeyd olunub ki, Eldar 2011-ci ildə “Ell & Nikki” duetinin tərkibində Azərbaycana ilk qələbəni qazandıran sənətçidir. Bundan əlavə, onun “Səs Azərbaycan” layihəsindəki vokal məşqçiliyi və müxtəlif Avroviziya layihələrində prodüser kimi fəaliyyəti builki seçim mərhələsində namizədlərin peşəkar qiymətləndirilməsi üçün əsas kriteriyalar kimi götürülüb. Vyanada keçirilməsi planlaşdırılan “Avroviziya 2026” - [Dünya şöhrətli model İrina Şeyk "Sanremo" Festivalının aparıcısı olacaq](https://songfestivalaze.com/dunya-sohretli-model-irina-seyk-sanremo-festivalinin-aparicisi-olacaq/): İtaliyanın ən nüfuzlu musiqi müsabiqəsi olan əfsanəvi “Sanremo” Festivalı bu il dünya ulduzunun iştirakı ilə yadda qalacaq. Festivalın prodüseri və aparıcısı Karlo Konti elan edib ki, builki səhnədə ona və tanınmış müğənni Laura Pausiniyə dünya şöhrətli model İrina Şeyk yoldaşlıq edəcək. Konti modeli “dünyanın ən gözəl aparıcılarından biri” kimi təqdim edərək, onun festivala xüsusi rəng qatacağını vurğulayıb. Bu dəvəti böyük sevinclə qarşılayan İrina Şeyk, 76-cı “Sanremo” Festivalında yer almağın onun üçün bir arzunun gerçəkləşməsi olduğunu bildirib. Model öz təəssüratlarını bölüşərək, Karlo Konti və Laura Pausini kimi simalarla eyni səhnəni paylaşmağın onun üçün böyük şərəf olduğunu qeyd edib və bu fürsətə - ["Avroviziya 2026"da Kipr qalmaqalı: "Jalla" mahnısının qadağan olunması üçün müraciət edildi](https://songfestivalaze.com/avroviziya-2026-da-kipr-qalmaqali-jalla-mahnisinin-qadagan-olmasi-ucun-muraciet-edildi/): Vyanada keçiriləcək 70-ci “Avroviziya” mahnı müsabiqəsində Kipri təmsil etmək üçün seçilən Antigoni Buxtonun “Jalla” adlı mahnısı ölkədə geniş miqyaslı anlaşılmazlıq və etiraz dalğasına səbəb olub.  Mahnının və rəsmi klipin təqdimatından dərhal sonra, aralarında nüfuzlu professorlar və keçmiş diplomatların da olduğu 40 nəfərlik ziyalı qrupu Kipr İctimai Yayım Şirkətinə kəskin məzmunlu məktub ünvanlayaraq mahnının yayımının dayandırılmasını tələb edib. Məktubda iddia olunur ki, mahnının təqdimatı Kiprin milli obrazını zədələyir, onu beynəlxalq arenada qeyri-ciddi bir dövlət kimi göstərir və xüsusən də ölkənin Avropa İttifaqı Şurasına sədrlik etdiyi bir vaxtda dövlət nüfuzuna kölgə salır.  Klipdə gənclərin kaskasız motosiklet sürməsi kimi qayda pozuntularının yer alması “estetik qəza” kimi qiymətləndirilib və - [Belçikanın "Avroviziya 2026" seçimlərində son vəziyyət](https://songfestivalaze.com/belcikanin-avroviziya-2026-secimlerinde-son-veziyyet/): Belçikanın “Avroviziya 2026” mahnı müsabiqəsi üçün hazırlıqları çərçivəsində ölkənin fransızdilli yayımçısı “RTBF”-in daxili seçim strategiyasının təfərrüatları məlum olub. “Songfestival.be” portalının “Rendez-Vous” podkastına istinadən yayılan məlumatlara görə, yayımçı builki təmsilçilik üçün ilk növbədə 2015-ci ildə ölkəyə böyük uğur qazandırmış Loïc Nottet-ə təklif aparsa da, sənətçi bu dəvəti qəbul etməyib. Nottet-in imtinasından sonra “RTBF” rəhbərliyi hazırda iki fərqli ssenari üzərində ciddi müzakirələr aparır, bu ssenarilərdən birincisi, yayımçının daxili reytinq cədvəlində ikinci pillədə qərarlaşan və perspektivli “Plan B” namizədi kimi görülən gənc ifaçı Essyladır. İkinci və daha iddialı variant kimi isə tanınmış sənətçi Axelle Red-in adı hallanır. Belçikanın son iki il ərzində müsabiqənin - [Kiprin "Avroviziya 2026" mahnısı təqdim olundu](https://songfestivalaze.com/kiprin-avroviziya-2026-mahnisi-teqdim-olundu/): Kiprin 2026-cı il “Avroviziya” təmsilçisi Antigoni Buxton, müsabiqə mahnısı olan “JALLA”nı və rəsmi klipini təqdim etdi.  Mahnı, Kiprə “Fuego” kimi uğurlar qazandıran Alex Papaconstantinou başda olmaqla, Linnea Deb, Claydee və Andreas Anastasiou kimi peşəkar bir müəllif heyəti tərəfindən hazırlanıb. Janr olaraq müasir etno-pop və rəqs ritmləri üzərində qurulan bu layihə, həm Antigoninin səs tembrini, həm də Kiprin mədəni ruhunu beynəlxalq standartlarla sintez edir.  Rejissor Kostas Karydas tərəfindən lentə alınan klip mahnının dinamikasını tamamlayır, səhnələşdirmə isə təcrübəli Sacha Jean-Baptisteə həvalə edilib. Vyanada keçiriləcək müsabiqənin püşkatma nəticələrinə əsasən, Antigoni 14 may tarixində baş tutacaq ikinci yarımfinalın ikinci hissəsində səhnəyə çıxacaq.  Bu çıxış sırası mahnının yadda qalma və finala vəsiqə qazanma şansını statistik olaraq artırır. Kipr yarımfinal səddini keçəcəyi - [German Nenovdan Jerry Heil-in Çıxışındakı Texniki Qüsurlarla Bağlı Sərt Açıqlama](https://songfestivalaze.com/german-nenovdan-jerry-heil-in-cixisindaki-texniki-qusurlarla-bagli-sert-aciqlama/): “Avroviziya” səhnəsində Jerry Heil-in performansı zamanı baş verən çatışmazlıqlar ətrafında müzakirələr səngimək bilmir. Yaradıcı komandanın üzvü German Nenov, sosial media hesabında paylaşım edərək baş verənlərin arxasındakı səbəbləri açıqlayıb. O bildirib ki, çıxış zamanı yol verilən səhvlər qaçılmaz deyildi, çünki bütün düzəlişlər saniyə-saniyə əvvəlcədən texniki heyətə təqdim olunmuşdu. Nenov “faktlar var” deyərək, nömrə rejissorunu peşəkar məsləhətləri qulaqardına vurmaqda və təcrübəsizlikdə ittiham edib. Paylaşılan texniki qeydlərdə hər bir kadrın dəqiq zamanlaması və planı detallı şəkildə əksini tapıb. Belə ki, performansın 51-56-cı saniyələri arasındakı ümumi tayminqdə, xüsusilə 53-cü saniyədə sol yan səhnədəki yıxılma anının ümumi plandan kəsilərək iri planla verilməsi tapşırılıb. Eyni göstəriş çıxışın sonrakı hissəsi üçün də - [Şimali Makedoniyalı müğənni Daniel Kaymakoski qaçırılıb](https://songfestivalaze.com/simali-makedoniyali-mugenni-daniel-kaymakoski-qacirilib/): 2015-ci ildə Şimali Makedoniyanı “Avroviziya” mahnı müsabiqəsində təmsil etmiş tanınmış ifaçı Daniel Kaymakoskinin qaçırılması ilə bağlı hadisənin təfərrüatları ictimaiyyətə açıqlanıb.  Daxil olan məlumatlara görə, hadisə müğənninin özünə məxsus nəqliyyat vasitəsində hərəkətdə olduğu zaman baş verib. Naməlum şəxslər tərəfindən qaçırılan sənətçinin həyatı qarşılığında ondan 20 min avro məbləğində fidyə tələb edildiyi bildirilir. Hadisə barədə məlumat daxil olan kimi hüquq-mühafizə orqanları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Polis əməkdaşları şübhəli avtomobili müəyyən edərək onu saxlamağa cəhd göstəriblər. Lakin cinayətkarlar polisin qanuni əmrinə tabe olmayaraq sürəti artırıblar və təqibdən yayınmağa çalışıblar. Yüksək sürətlə davam edən təqib nəticəsində idarəetmədən çıxan avtomobil yol kənarındakı qoruyucu baryerlərə çırpılıb. - [İsrailin "Avroviziya 2026" mahnısı ətrafında sızdırılma qalmaqalı: KAN-dan sərt reaksiya](https://songfestivalaze.com/israilin-avroviziya-2026-mahnisi-etrafinda-sizdirilma-qalmaqali-kan-dan-sert-reaksiya/): İsrailin builki “Avroviziya” mahnısı rəsmi təqdimatdan əvvəl qeyri-qanuni yollarla sızdırılaraq satışa çıxarılıb ki, bu da ölkənin ictimai yayımçısı KAN korporasiyasının kəskin etirazına səbəb olub.  Mövzu ilə bağlı təcili bəyanat yayımlayan KAN rəsmiləri bildiriblər ki, mahnının və ya onun hər hansı bir hissəsinin icazəsiz paylaşılması müəllif hüquqlarının kobud şəkildə pozulmasıdır və bu əməli törədənlər dəyən zərərə görə tam hüquqi məsuliyyət daşıyacaqlar.  Yayımçı korporasiya öz maraqlarını qorumaq üçün bütün zəruri hüquqi addımları atacağını və təzminat tələb edəcəyini qətiyyətlə vurğulayıb. Digər tərəfdən, korporasiya xəbərdarlıq edir ki, sözügedən mahnı hələ Avropa Yayım Birliyi (EBU) tərəfindən təsdiqlənməyib və bu cür sızmalar İsrailin müsabiqədəki təmsilçiliyinə ciddi - [Litva seçimlərində növbəti finalistlər bəllidir](https://songfestivalaze.com/litva-secimlerinde-novbeti-finalistler-bellidir/): Litva “Avroviziya 2026” mahnı müsabiqəsi üçün təmsilçi seçimlərini davam etdirir. Ölkənin milli seçim turu olan “Eurovizija.LT” layihəsinin üçüncü yarımfinal mərhələsi baş tutub və nəticələr artıq açıqlanıb. Səkkiz ifaçının mübarizə apardığı bu mərhələdə həm peşəkar münsiflər heyətinin rəyi, həm də tamaşaçıların səsverməsi əsas götürülüb. Gərgin keçən səsvermə prosesindən sonra yalnız iki iştirakçı böyük finala vəsiqə qazana bilib. Üçüncü yarımfinalın qalibləri Black Biceps “Let Me Cook” mahnısı ilə və Paulė isə “Sako” bəstəsi ilə ən çox xal toplayaraq rəqiblərini geridə qoyublar. Bu iki ifaçı daha əvvəlki seçim turlarında uğur qazanmış Rugilė, Noy, Atikin və Vilnius Voices kimi namizədlərlə birlikdə fevralın sonunda keçiriləcək həlledici finalda yarışacaqlar. Hazırkı formata əsasən, - ["Supernova 2026"-da ikinci yarımfinal yekunlaşdı](https://songfestivalaze.com/supernova-2026-da-ikinci-yarimfinal-yekunlasdi/): Latviyanın “Avroviziya 2026” mahnı müsabiqəsi üçün təmsilçisini müəyyən edən “Supernova” layihəsində ikinci yarımfinal mərhələsi yekunlaşıb. Canlı yayım formatında keçirilən seçim turunda iştirakçılar həm münsiflər heyətinin rəyi, həm də tamaşaçı səsverməsi əsasında qiymətləndiriliblər. Gərgin keçən mübarizənin nəticəsi olaraq, növbəti beş ifaçı finala vəsiqə qazanaraq seçim turlarındakı iştirakını uğurla davam etdirib. İkinci yarımfinalın nəticələrinə əsasən, Atvara “Ēnā”, Legzdina “Ribbon”, Robert Ox “Ravin’ At The Taj Mahal”, Krisy “Take It” və Miks Galvanovskis “Cruel Angel” mahnıları ilə finalçılar sırasına qoşulublar.  Bu ifaçılar fevralın əvvəlində keçirilmiş birinci yarımfinaldan seçilən namizədlərlə birlikdə həlledici mərhələdə mübarizə aparacaqlar. Təqdim olunan mahnılar janr etibarilə fərqlilik nümayiş etdirsə də, finalçıların seçilməsində vokal performansı və səhnə tərtibatı həlledici rol oynayıb. - [Felicia ikinci yarımfinaldan finala yüksəlib - "Melodifestivalen 2026"](https://songfestivalaze.com/felicia-ikinci-yarimfinaldan-finala-yukselib-melodifestivalen-2026/): İsveçin Qotenburq şəhərində yerləşən “Scandinavium” arenasında “Melodifestivalen 2026” müsabiqəsinin ikinci yarımfinal mərhələsi baş tutub. Altı iştirakçının mübarizə apardığı gecədə əsas diqqət mərkəzində olan Felicia, “My System” adlı mahnısı ilə tamaşaçı səsverməsinin ilk turunda ən çox səsi toplayaraq birbaşa finala yüksəlib. Səsvermənin ikinci turunda isə “Rakt in i elden” mahnısını ifa edən Brandsta City Släckers qrupu yaş qrupları üzrə ən yüksək xalları yığaraq finala vəsiqə qazanan ikinci kollektiv olub. Gecənin digər iştirakçılarından olan Robin Bengtsson “Honey Honey” mahnısı ilə üçüncü yeri tutaraq mübarizəni “Finalkval” (Son şans) mərhələsində davam etdirmək hüququ qazanıb. Arwin, Klara Almström və Laila Adèle isə səsvermə nəticəsində yarışmanı - [Ukraynanı Avroviziya 2026-da LELÉKA təmsil edəcək](https://songfestivalaze.com/ukraynani-avroviziya-2026-da-leleka-temsil-edecek/): Ukraynanın Avroviziya 2026 təmsilçisi “Vidbir” milli seçim turunun nəticələrinə əsasən müəyyənləşib. Final mərhələsində həm münsiflər heyətindən, həm də tamaşaçılardan maksimal balları toplayan LELÉKA “Ridnym” adlı mahnı ilə ölkəni Vyanada təmsil etmək hüququ qazanıb.  1990-cı ildə Donetsk bölgəsində doğulan və Kiyevdə aktyorluq təhsili alan Viktoriya, daha sonra Almaniyada caz vokalları üzrə magistr dərəcəsi qazanıb. O, Berlində fəaliyyət göstərən və folklorla caz musiqisini sintez edən eyniadlı qrupun yaradıcısı kimi tanınır. Səhnə adı ukrayna dilində “leylək” mənasını verir və bu, onun yaradıcılığındakı vətənə bağlılıq mövzusu ilə üst-üstə düşür. Onun müsabiqə mahnısı olan “Ridnym”, ailə bağları və insanın mənəvi köklərinə qayıdışı haqqında minimalist bir - [Azərbaycanın "Avroviziya 2026" təmsilçisi seçilir: 3 namizəd final mərhələsində](https://songfestivalaze.com/azerbaycan-avroviziya-2026-temsilcisi-secilir-3-namized-final-merhelesinde/): İctimai Televiziyanın rəsmi bəyanatına istinadən xəbər verilir ki, Azərbaycanın “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsindəki iştirakı ilə bağlı hazırlıq işləri sürətləndirilmiş və təmsilçi seçimində həlledici final mərhələsinə qədəm qoyulmuşdur.  Cari ilin yanvar ayında elan edilmiş mahnı qəbulu prosesinin yekunlarına əsasən, nümayəndə heyətinə ümumilikdə 100 müraciət daxil olmuş və bu müraciətlər çərçivəsində 186 mahnı təqdim edilmişdir. Statistik təhlillər göstərir ki, builki seçim turlarında yerli müəlliflərin aktivliyi nəzərə çarpacaq dərəcədə yüksəkdir, belə ki, təqdim olunan musiqi əsərlərinin 107-si (57,5%) yerli bəstəkar və ifaçılara, 79-u (42,5%) isə xarici müəlliflərə məxsusdur.  Bu göstərici ölkə daxilindəki yaradıcı potensialın beynəlxalq standartlara uyğunlaşdırılması və yerli musiqi sənayesinin müsabiqəyə - [Poli Genova "Avroviziya 2026" seçimlərindən kənarda qaldı](https://songfestivalaze.com/poli-genova-avroviziya-2026-secimlerinden-kenarda-qaldi/): Bolqarıstanın “Avroviziya 2026” üçün tətbiq etdiyi yeni milli seçim qaydaları tanınmış sənətçi Poli Genovanın iştirakına mane olub. 2011 və 2016-cı illərdə ölkəni təmsil edən müğənni, bu il tətbiq edilən statistik meyarlara cavab vermədiyi üçün müsabiqədən kənarda qalıb. BNT-nin yeni qaydalarına əsasən, milli seçimə yalnız son bir il ərzində radio və televiziyalarda ən çox yayımlanan, həmçinin rəqəmsal platformalarda yüksək dinlənmə sayı olan 15 sənətçi dəvət edilir. Seçim prosesində “BG Top 40” cədvəllərindəki göstəricilər əsas götürülür. Poli Genova bildirib ki, son bir ildə Bolqarıstan radiolarında kifayət qədər yayımlanmadığı üçün bu meyarlara uyğun gəlməyib. Sənətçi məsələ ilə bağlı bu sözləri qeyd edib: “Mən - [İsveçdə "Melodifestivalen" qalmaqalı: "SVT" kütləvi narazılıqdan sonra geri addım atdı](https://songfestivalaze.com/isvecde-melodifestivalen-qalmaqali-svt-kutlevi-naraziliqdan-sonra-geri-addim-atdi/): İsveçin milli kanalı “SVT”, ölkənin ən çox izlənilən musiqi müsabiqəsi olan “Melodifestivalen”in formatında etdiyi son dəyişikliklərə görə ciddi tamaşaçı etirazı ilə üzləşib.  Müsabiqənin “ikinci şans” biletinin sahibinin elan olunma qaydası ilə bağlı yaranan bu gərginlik, kanal rəhbərliyini gecə saatlarında təcili qərarlar qəbul etməyə məcbur qoyub. İlkin plana əsasən, “SVT” rəhbərliyi televiziya yayımını erkən bitirməyi və qalibi yalnız “SVT Play” rəqəmsal platforması üzərindən, təxminən 10 dəqiqəlik qısa bir yolla elan etməyi hədəfləyirdi. Lakin dünənki efirdən dərhal sonra həm sosial media istifadəçiləri, həm də media tənqidçiləri bu qərarı kəskin şəkildə pisləyərək, belə bir vacib anın əsas kanaldan kənarlaşdırılmasını izləyicilərə qarşı hörmətsizlik kimi - [Supernova 2026: Latviyanın "Avroviziya" Seçimlərində İlk Finalçılar Məlum Oldu](https://songfestivalaze.com/supernova-2026-latviyanin-avroviziya-secimlerinde-ilk-finalcilar-melum-oldu/): Latviyanın “Avroviziya 2026” seçimləri olan “Supernova” müsabiqəsi hazırda ən aktiv mərhələsindədir. Yanvarın 31-də baş tutan ilk yarımfinalda 12 iştirakçı arasından finala keçən ilk beşlik bəlli olub:  Tikasha Sakama, ELPO, Emilija, Kautkaili və De Mantra növbəti mərhələyə vəsiqə qazanıblar. Bu seçim həm peşəkar münsif heyətinin rəyi, həm də tamaşaçıların SMS səsverməsi ilə yarıbayarı müəyyən edilib.  Müsabiqənin gedişatına əsasən, fevralın 7-də ikinci yarımfinal keçiriləcək və orada daha 12 ifaçı finaldakı son yerlər üçün yarışacaq. Böyük final isə fevralın 14-də keçiriləcək və həmin gecə Latviyanı Vyanada təmsil edəcək olan iştirakçı elan olunacaq.  Qaydalara görə, hər yarımfinaldan 5 nəfər seçilsə də, münsiflərin bir iştirakçıya - ["Eurovizija.LT 2026": Növbəti finalçılar müəyyənləşdi](https://songfestivalaze.com/eurovizija-lt-2026-novbeti-finalcilar-mueyyenlesdi/): Litvanın milli media qurumunun təşkilatçılığı ilə keçirilən “Eurovizija.LT 2026” mahnı müsabiqəsinin növbəti seçim mərhələsi başa çatmışdır. Keçirilən səsvermənin nəticələrinə əsasən, Atikin və “Vilnius Voices” kollektivi müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Seçim prosesi mövcud qaydalara uyğun olaraq, peşəkar münsiflər heyətinin qiymətləndirməsi və tamaşaçıların birbaşa səsverməsi əsasında həyata keçirilmişdir. Hər iki iddiaçı həm münsiflərdən, həm də ictimaiyyətdən kifayət qədər səs toplayaraq ümumi sıralamada ilk pillələrdə qərarlaşmışdır. Atikin ifası ilə fərqləndiyi halda, “Vilnius Voices” qrupu vokal performansı ilə növbəti mərhələyə vəsiqəni qazanmışdır. Qeyd edək ki, “Eurovizija.LT” layihəsinin yekununda qalib gələn ifaçı Litvanı 2026-cı ilin may ayında keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində təmsil - [Bolqarıstanı "Avroviziya 2026"da DARA təmsil edəcək](https://songfestivalaze.com/bolqaristani-avroviziya-2026-da-dara-temsil-edecek/): Bolqarıstanın ən məşhur pop ulduzlarından biri olan DARA (Darina Yotova), Vyanada keçiriləcək “Avroviziya 2026” mahnı müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb. O, 31 yanvar 2026-cı ildə baş tutan milli seçim turunun finalında 7 rəqibini geridə qoyaraq həm münsiflərin, həm də tamaşaçıların səsverməsi ilə qalib seçilib. 1998-ci ildə Varnada doğulan sənətçi musiqi dünyasına 2015-ci ildə “X Factor Bulgaria” layihəsi ilə daxil olub və burada 3-cü yeri tutub. “Virginia Records” ilə əməkdaşlığa başladıqdan sonra çıxardığı “K’vo Ne Chu”, “Thunder” və “Mr. Rover” kimi sinqlları ilə nəinki Bolqarıstanda, hətta Balkanlarda və beynəlxalq platformalarda böyük uğur qazanıb. Xüsusilə “Mr. Rover” mahnısının K-pop ulduzu Kai - ["Melodifestivalen 2026": İlk yarımfinalın nəticələri bəlli oldu](https://songfestivalaze.com/melodifestivalen-2026-ilk-yarimfinalin-neticeleri-belli-oldu/): İsveçdə “Avroviziya 2026” təmsilçisini müəyyən edən “Melodifestivalen” müsabiqəsinin ilk yarımfinalı Linköping şəhərindəki “Saab Arena”da başa çatdı. Altı iştirakçının mübarizə apardığı gecədə əsas diqqət mərkəzində uzun fasilədən sonra səhnəyə qayıdan “A*Teens” qrupu və gənc ifaçı Greczula idi. Səsvermənin nəticələrinə əsasən, Greczula “Half of Me” mahnısı ilə ilk turda ən çox səsi toplayaraq birbaşa finala vəsiqə qazanan ilk iştirakçı oldu. İkinci tur səsverməsində isə “A*Teens” qrupu “Iconic” mahnısı ilə tamaşaçıların rəğbətini qazanaraq Stokholmdakı böyük finala adını yazdırdı. Müsabiqənin iddialı iştirakçılarından olan Jacqline isə “Woman” mahnısı ilə üçüncülüklə kifayətlənərək, mübarizəni fevralın sonunda keçiriləcək son şans mərhələsində davam etdirmək hüququ əldə etdi. Digər üç - [BBC-də “Avroviziya 2026” böhranı: Seçilən sənətçi keçmiş paylaşımları səbəbindən kənarlaşdırıldı?](https://songfestivalaze.com/bbc-de-avroviziya-2026-bohrani-secilen-senetci-kecmis-paylasimlari-sebebinden-kenarlasdirildi/): Böyük Britaniyanın “Avroviziya 2026” hazırlıqları ətrafında yaranan müəmma ölkə mətbuatını və sosial medianı hərəkətə gətirib. Məşhur “The Sun” qəzeti tərəfindən yayılan məlumata görə, “BBC” kanalı daxili seçim prosesində Britaniyanı Vyanada təmsil edəcək sənətçini artıq müəyyənləşdirsə də, son anda qərarından imtina edib. İddialara görə, buna səbəb həmin ifaçının keçmişdə sosial şəbəkələrdə etdiyi və uyğunsuz hesab edilən onlayn davranışlarıdır. Kanal komandasının apardığı araşdırma zamanı aşkar edilən bu məqamlar sənətçinin namizədliyinin ləğv edilməsi ilə nəticələnib. Lakin “BBC” tərəfindən verilən rəsmi açıqlama hadisəyə fərqli işıq salır. Kanal bildirib ki, adı çəkilən və ya hər hansı digər bir ifaçı ilə “Avroviziya 2026” üçün rəsmi müqavilə - [Dua Lipanın bəstəkarı Almaniyanın "Avroviziya" seçimlərində](https://songfestivalaze.com/dua-lipanin-bestekari-almaniyanin-avroviziya-secimlerinde/): Almaniyanın bu ilki “Avroviziya” Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim mərhələsi dünya musiqi sənayesinin ən tanınmış simalarının diqqət mərkəzinə çevrilmişdir. Builki rəqabəti xüsusi edən məqamlardan biri dünya şöhrətli ulduz Dua Lipanın “Love Again” adlı qlobal hitinin müəlliflərindən biri olan Chelsee Grimes seçim turlarında iştirak edən bəstələrdən birinin söz yazarı kimi çıxış etməsidir.  Karyerası ərzində Kesha, Tom Walker və Zara Larsson kimi pop musiqisinin nəhəngləri ilə uğurlu əməkdaşlıq edən Grimes, eyni zamanda “Avroviziya” azarkeşlərinin yaxından tanıdığı Roxen və Aleksandr Rıbakın birgə layihələrinin də müəllifidir. Onun bu layihədə iştirakı Almaniyanın builki hazırlıq prosesinə beynəlxalq səviyyəli peşəkarlıq qatır. Sabah təqdimatı gözlənilən və - [Portuqaliya təmsilçisindən "Avroviziya" boykotuna dəstək](https://songfestivalaze.com/portuqaliya-temsilcisinden-avroviziya-boykotuna-destek/): Vyanada keçiriləcək “Avroviziya 2026” mahnı müsabiqəsi ərəfəsində Portuqaliya təmsilçiləri tərəfindən ciddi etirazlar baş qaldırıb. Ölkənin “Avroviziya 2025” təmsilçisi olan Napa qrupu, İsrailin müsabiqədə iştirakına etiraz edərək boykot hərəkatına dəstək verdiyini açıqlayıb. Qrup üzvləri bildiriblər ki, əgər iştirak barədə qərar onların səlahiyyətində olsaydı, müsabiqədən çəkilməyə üstünlük verərdilər. Onlar Rusiyanın kənarlaşdırıldığı bir mühitdə İsrailə icazə verilməsini ikili standart kimi qiymətləndirirlər. Bu mövqeyə Portuqaliyanın yeganə 2017-ci il “Avroviziya” qalibi Salvador Sobral da qoşulub. O, ölkənin rəsmi yayımçısı olan RTP kanalını “siyasi qorxaqlıqda” ittiham edərək Portuqaliyanı müsabiqəni boykot etməyə çağırıb. Sobral, İsrailin iştirakına icazə verildiyi müddətcə yarışmanın dəyərlərindən uzaqlaşdığını iddia edərək, 2026-cı ilin yubiley şousunda iştirak dəvətini rədd - ["Avroviziya 2026" Mahnı Müsabiqəsinin Aparıcıları Elan Edilib](https://songfestivalaze.com/avroviziya-2026-mahni-musabiqesinin-aparicari-elan-edilib/): Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək 70-ci yubiley “Avroviziya” mahnı müsabiqəsinin aparıcı heyəti müəyyənləşib. Avstriyanın ORF ictimai yayımçısının verdiyi qərara əsasən, Avropanın ən böyük musiqi hadisəsinə tanınmış teleaparıcı Viktoriya Svarovski və məşhur aktyor Maykl Ostrovski aparıcılıq edəcək. Hər iki sima ölkənin media məkanında geniş populyarlığa malik olmaqla yanaşı, beynəlxalq tədbirlərdəki təcrübələri ilə də seçilirlər. Viktoriya Svarovski “Swarovski” imperiyasının varisi olmaqla bərabər, musiqi və televiziya sahəsində uğurlu karyerası ilə tanınır. O, Almaniyanın ən reytinqli layihələrindən biri olan “Let’s Dance” şousunda uzun illər apardığı rəhbərlik sayəsində geniş auditoriyanın rəğbətini qazanmışdır.  Onun tərəf müqabili olacaq Maykl Ostrovski isə Avstriya kinosunun və teatrının ən parlaq - [Dilarə Kazımova Yunanıstanın "Avroviziya" komandasında yer ala bilər](https://songfestivalaze.com/dilare-kazimova-yunanistanin-avroviziya-komandasinda-yer-ala-biler/): Azərbaycanın “Avroviziya 2014” təmsilçisi, tanınmış ifaçı Dilarə Kazımova beynəlxalq karyerası və gələcək layihələri ilə bağlı mühüm açıqlamalar verib. “İncə Səhər” proqramının qonağı olan sənətçi bildirib ki, hazırda Yunanıstanın “Avroviziya” nümayəndə heyətində yer almaq ehtimalı müzakirə olunur. İfaçının sözlərinə görə, bu istiqamətdə müvafiq tərəflərlə rəsmi danışıqlar davam etdirilir. Müsahibə zamanı Dilarə Kazımova ölkəmizi beynəlxalq arenada yenidən təmsil etmək arzusunu da dilə gətirib: “Azərbaycanı bir daha müsabiqədə təmsil etmək ən böyük istəklərimdən biridir” — deyə ifaçı vurğulayıb. Bundan əlavə, müğənni yaradıcılığındakı yeniliklərdən bəhs edərək, ona uğur qazandıran “Start A Fire” bəstəsinin yeni versiyası üzərində çalışdığını bildirib. O, sözügedən mahnını gənc ifaçı Camal Qasımov ilə duet şəklində yenidən səsləndirəcəyini və layihənin - [RAI-dən Fələstin tələbi!](https://songfestivalaze.com/rai-d%c9%99n-f%c9%99l%c9%99stin-t%c9%99l%c9%99bi/): İtaliyan kanalı RAI-nin idarə heyətinin 3 üzvü “Avroviziya 2026” təşkilatçılarından Fələstin mədəniyyətinin təqdimatını və yarışma xaricində Fələstinli bir sənətçinin çıxışını tələb edib. Qeyd edək ki, Avstriya yayımçısı “Österreichischer Rundfunk(ORF)” bu ilin şousunun məzmununu müzakirə etmək üçün mart ayında iştirak edən yayımçılarla görüşəcək. Xatırladaq ki, 2024-cü ildə İsveçin ev sahibliyi etdiyi yarışmada ölkənin 2011-ci il təmsilçisi Eric Saade qolunda sırf Fələstini xatırladan şalla səhnəyə çıxdığı üçün onun birinci yarım final açılışı performansı Avroviziyanın rəsmi “Youtube” hesabına yüklənməmiş və bu mediyada səs-küyə səbəb olmuşdu. Sonradan ifaçı şalın Fələstinlə əlaqəsinin olmadığını, ona atasının hədiyyəsi olduğunu açıqlamışdı. - [“Melodifestivalen 2026” formatında yenilik var!](https://songfestivalaze.com/melodifestivalen-2026-formatinda-yenilik-var/): İsveçin ənənəvi Avroviziya təmsilçisini seçdiyi “Melodifestivalen” müsabiqəsinin formatında bəzi dəyişikliklər edilib: On altı yaşdan yuxarı tamaşaçılar bu ildən Radiohjälpen tətbiqində mahnılara səs verə biləcəklər — bu ödənişli səslər olacaq və gəlirləri xeyriyyəçiliyə yönəldiləcək. Yaş qruplarının səsverməsi, 2022-2024-cü illərdə olduğu kimi, yarımfinal yayımlarına qayıdır. Yarımfinalların özü SVTPlay-də yayıma əlavə 10 dəqiqə uzanacaq. Əlavə 10dəqiqəlik yayımda ikinci şans bileti sahibinin elan ediləcəyi bildiriləcək. Televiziya versiyasında isə yayım ikinci finalistin elan edilməsi ilə başa çatacaq. - [Danimarka təmsilçisi üçün 8 namizəd bəlli oldu](https://songfestivalaze.com/danimarka-temsilcisi-ucun-8-namized-belli-oldu/): Danimarkanın milli yayımçısı DR, ölkənin ən nüfuzlu musiqi müsabiqəsi olan “Dansk Melodi Grand Prix 2026″da (DMGP) iştirak edəcək 8 namizədi və onların mahnılarını elan edib. Builki seçim turu həm janr müxtəlifliyi, həm də iddialı adları ilə diqqət çəkir. Müsabiqədə Sander Sanchez “Two Spirits”, Ericka Jane “Death of Me”, Emil Otto “Copenhagen Noir”, Myrkur “Touch My Love and Die”, Late Runner “Can U Feel It?”, Søren Torpegaard Lund isə ana dilində səsləndirəcəyi “Før vi går hjem” mahnısı ilə mübarizə aparacaq. Həmçinin, Lasse Skriver “Roaring Heart” adlı bəstəsi ilə Danimarka təmsilçisi olmaq şansı uğrunda yarışacaq. Siyahının ən böyük sürprizi və builki seçimlərin əsas - [Norveçin "Avroviziya" namizədləri açıqlandı](https://songfestivalaze.com/norvecin-avroviziya-namizedleri-aciqlandi/): Norveçin “Avroviziya 2026” mahnı müsabiqəsi üçün təmsilçisini müəyyən edəcək Melodi Grand Prix (MGP) şousunun heyəti bəyan edilib. Builki siyahı həm təcrübəli ulduzların qayıdışı, həm də gənc istedadların debütü ilə diqqət çəkir. Finalçılar və müsabiqə mahnıları: Artıq 9 finalçıdan 8-nin adı məlumdur: Müsabiqənin təşkilatçıları hələlik intriqanı saxlayırlar. Final mərhələsinin sonuncu, yəni 9-cu iştirakçısının adı bir gün sonra — 26 yanvar tarixində açıqlanacaq. Hazırda pərəstişkarlar təqdim olunan mahnıların qısa hissələrini dinləyə və favoritlərini müəyyən edə bilərlər. Ekspertlərin fikrincə, Alexander Rybak-ın qayıdışı bu il Norveç seçim turlarını beynəlxalq səviyyədə ən çox izlənilən şoulardan birinə çevirəcək. - [Lüksemburq qərarını verdi](https://songfestivalaze.com/luksemburg-qerarini-verdi/): Esch-sur-Alzette şəhərində yerləşən Rockhal səhnəsində keçirilən “Luxembourg Song Contest” finalı ilə ölkənin builki Avroviziya təmsilçisi müəyyənləşib. RTL Lëtzebuerg-in təşkilatçılığı ilə baş tutan müsabiqədə səkkiz ifaçı Vyanada keçiriləcək Avroviziya səhnəsinə çıxmaq uğrunda mübarizə aparıb. Finalın qalibi Eva Marija olub. O, “Mother Nature” adlı mahnı ilə Lüksemburqu Avroviziya 2026-da təmsil edəcək. Mahnı öz köklərinə qayıdıb, Ana təbiətin şəfa verən gücü ilə özünü kəşf etmək və yenidən sevmək haqqındadır. Bu həmdə Lüksemburqun Avroviziya tarixində ilk tamamı ingiliscə olan mahnıdır. Nəticə peşəkar münsiflər heyətinin və tamaşaçıların online səsverməsinin birgə nəticəsi əsasında müəyyən edilib. - [İsveçrə “Avroviziya 2026” təmsilçisini elan etdi](https://songfestivalaze.com/isvecre-avroviziya-2026-temsilcisini-elan-etdi/): İsveçrənin SRG SSR yayım şirkəti 2026-cı ildə ölkəni təmsil edəcək adı açıqlayıb. Vyanada baş tutacaq 70-ci Avroviziya Mahnı Müsabiqəsində İsveçrə bayrağını tanınmış müğənni-bəstəkar Veronica Fusaro dalğalandıracaq. 1997-ci ildə Thun şəhərində anadan olan 28 yaşlı sənətçi, italyan köklərə malikdir və soul-pop janrındakı özünəməxsus tərzi ilə tanınır. Musiqi karyerasına 2014-cü ildə başlayan Veronica, bu vaxta qədər Qlastonberi və Montrö Caz Festivalı kimi dünyaşöhrətli səhnələrdə çıxış edərək böyük təcrübə toplayıb. 2023-cü ildə yayımlanan “All the Colors of the Sky” albomu ilə beynəlxalq diqqət çəkən ifaçının müsabiqə mahnısı mart ayında təqdim olunacaq. - [İsraili “Avroviziya 2026”da Noam Bettan təmsil edəcək](https://songfestivalaze.com/israili-avroviziya-2026-da-noam-bettan-temsil-edecek/): İsrailin 2026-cı ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsindəki təmsilçisi seçilib. Ölkənin “Keshet 12” telekanalında yayımlanan “Hakochav Haba” musiqi müsabiqəsinin finalında bütün rəqiblərini geridə qoyan 27 yaşlı müğənni-bəstəkar Noam Bettan qalib elan edilib. 6 mart 1998-ci ildə Ra’anana şəhərində fransız köçkün ailəsində doğulan sənətçi, həm ivrit, həm də fransız dillərində sərbəst ifa etmək bacarığı ilə tanınır. Musiqi karyerasına ordudakı xidmətindən sonra başlayan Bettan, 2018-ci ildə “Aviv o Eyal” müsabiqəsində üçüncülük qazanıb, 2023-cü ildə isə “Me’al HaMayim” adlı ilk albomunu təqdim edərək geniş auditoriya toplayıb. Xüsusilə “Madame” və “Buba” kimi hit mahnıları ilə tanınan ifaçı, 2022-ci ildən bəri İsraili - [Mila Miles və Dihaj dueti "Avroviziya" seçimlərindən geri çəkilib](https://songfestivalaze.com/mila-miles-ve-dihaj-avroviziya-secimlerinden-geri-cekilib/): Müğənni Mila Miles “Avroviziya” mahnı müsabiqəsinin daxili seçim turları ilə bağlı maraqlı faktları açıqlayıb. İfaçı bildirib ki, Azərbaycanın “Avroviziya 2017” təmsilçisi Dihaj ilə birlikdə müsabiqə üçün xüsusi duet hazırlayıblar. Lakin layihənin bədii həlli və səhnə tərtibatı kifayət qədər mürəkkəb və “riskli” hesab olunduğu üçün sözügedən mahnı seçimlərə təqdim edilməyib. Mila Milesin sözlərinə görə, layihənin vizual və texniki effektlərini səhnədə maksimum səviyyədə canlandırmağın çətinliyi bu qərara əsas səbəb olub. Müvafiq riskləri nəzərə alan ifaçı, builki müsabiqədə solo iştirakdan da tamamilə imtina etmək qərarına gəlib. Xatırladaq ki, hər iki ifaçı özünəməxsus musiqi tərzi ilə tanınır və bu əməkdaşlıq azarkeşlər tərəfindən böyük maraqla - [Michał Szpak "Avroviziya 2026"dan imtina etdi](https://songfestivalaze.com/michal-szpak-avroviziya-2026-dan-imtina-etdi/): “Avroviziya 2016” təmsilçisi Michał Szpak, Polşa Milli Televiziyasından gələn növbəti iştirak dəvətini geri çevirib. Məlumata görə, ifaçı Vyanada keçiriləcək müsabiqədə Polşanı yenidən təmsil etmək üçün TVP-dən rəsmi təklif alıb. Sənətçinin geri qayıtmaq üçün iki mahnısı hazır olsa da, o, Avropa Yayım İttifaqı və müsabiqə ətrafındakı mövcud siyasi gərginlik, həmçinin tədbirin reputasiyasına dair mənfi rəylər səbəbindən bu addımdan imtina edib. TVP-nin bir neçə digər tanınmış ifaçıya, o cümlədən keçmiş “Avroviziya” və “Uşaq Avroviziyası” iştirakçılarına da oxşar dəvətlər göndərdiyi, lakin onların hər birindən imtina cavabı aldığı bildirilir. Hazırda Polşanın 2026-cı il təmsilçisinin hansı üsulla seçiləcəyi müzakirə mövzusudur. - [Malta Aidanı "Bella" mahnısı ilə "Avroviziya"ya göndərir](https://songfestivalaze.com/malta-aidan-bella-mahnisi-ile-avroviziya-ya-gonderir/): Malta öz milli seçim turunu yekunlaşdıraraq builki təmsilçisini elan edib. Uzun müddətdir ölkənin musiqi dünyasında adından söz etdirən Aidan, nəhayət, “Bella” mahnısı ilə qalib gələrək Avroviziya səhnəsinə vəsiqə qazanıb. Milli seçim turu bir neçə mərhələdən – dörddəbir final və yarımfinallardan ibarət olub. Aidan həm televiziya tamaşaçılarının, həm də peşəkar münsiflərin səsverməsində yüksək xal toplayaraq rəqiblərini qabaqlayıb. Qeyd edək ki, Malta hər il bu müsabiqəyə böyük maraq göstərir və seçim prosesi ölkədə ən çox izlənilənteleviziya hadisələrindən biri hesab olunur. Aidanın “Avroviziya” cəhdləri yeni deyil. O, daha əvvəl 2018-ci ildə “Dai Laga” və 2022-ci ildə “Ritmu” mahnıları ilə şansını sınamışdı. Xüsusilə “Ritmu” - [Moldovanı "Avroviziya 2026"da Satoshi təmsil edəcək](https://songfestivalaze.com/moldovani-avroviziya-2026-da-satoshi-temsil-edecek/): Moldovada keçirilən “Selecția Națională 2026” milli seçim turunun finalı başa çatıb və ölkəni “Avroviziya 2026″da təmsil edəcək sənətçi müəyyənləşib. Yanvarın 17-də “Chișinău Arena”da baş tutan müsabiqədə Satoshi, “Viva, Moldova!” adlı mahnısı ilə bütün rəqiblərini geridə qoyaraq qalib gəlib. Seçim prosesində səsvermə üç bərabər hissəyə (hər biri 33,3%) bölünüb : milli münsiflər, beynəlxalq münsiflər və tamaşaçılar. Beynəlxalq münsiflər heyətində “Avroviziya 2016″nın qalibi Jamala və Azərbaycanın 2021-ci il təmsilçisi Samirə Əfəndi kimi tanınmış simalar yer alıb. Satoshi hər üç səsvermə kateqoriyasında yüksək ballar toplayaraq ümumi nəticədə birinci olub. - [Samirə Əfəndi Moldovanın "Avroviziya" seçim turunda münsif olacaq](https://songfestivalaze.com/samire-efendi-moldovanin-avroviziya-secim-turunda-munsif-olacaq/): Azərbaycanın “Avroviziya” təmsilçisi Samirə Əfəndi Maldovanın “Selecția Națională 2026” milli finalında iştirak edəcək. O, tədbirdə həm münsif həyətində yer alacaq, həm də xüsusi qonaq kimi səhnə performansı təqdim edəcək. Final mərhələsi 17yanvar günü, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. - [Finlandiyanın UMK 2026 iştirakçıları məlum oldu](https://songfestivalaze.com/finlandiyanin-umk-2026-istirakcilari-melum-oldu/): “Uuden Musiikin Kilpailu 2026” müsabiqəsində iştirak edəcək yeddi sənətçinin adı açıqlanıb. Onların mahnıları bu gecədən etibarən, yaxın günlərdə ardıcıllıqla yayımlanacaq. Finlandiyanın ictimai yayımçısı YLE-yə cəmi 491 mahnı təqdim olunub. Onların hər biri ölkənin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi üçün milli seçim mərhələsi olan UMK-da iştirak etmək uğrunda yarışıb. Seçilmiş yeddi mahnı 28 fevralda baş tutacaq final şousu zamanı ifa olunacaq: Etta – Million Dollar Smile Linda Lampenius x Pete Parkkonen – Liekinheitin Komiat – Lululai Sinikka Monte – Ready to LeaveAntti Paalanen – Takatukka CHACHI – Cherry CakeKIKI – Rakkaudenkipee UMK 2026 mahnıları 14-22 yanvar tarixləri arasında, Mərkəzi Avropa vaxtı - [Gürcüstanın “Avroviziya 2026” təmsilçisi açıqlandı](https://songfestivalaze.com/gurcustanin-avroviziya-2026-temsilcisi-aciqlandi/): Gürcüstan İctimai Televiziyası 2026-cı ildə Vyanada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində ölkəni “Bzikebi” qrupunun təmsil edəcəyini elan edib. 2008-ci ildə öz ölkələrini Uşaq Avroviziyasında təmsil edəndə cəmi 10 yaşları olan üçlük, həmin il Gürcüstana rekord qıran dörd “Junior Eurovision” qələbəsindən ilkini qazandırıb. İndi isə qrup bu uğurlu qələbə formulunu may ayında keçiriləcək böyüklərin yarışmasında təkrarlamağa ümid edir. Püşkatmanın nəticəsinə görə, Gürcüstan 12 may tarixində keçiriləcək birinci yarımfinalın ilk hissəsində çıxış edəcək. - [Azərbaycanın “Avroviziya 2026”dakı çıxış vaxtı bəlli oldu](https://songfestivalaze.com/azerbaycanin-avroviziya-2026-daki-cixis-vaxti-belli-oldu/): Püşkatmanın nəticəsinə görə, Azərbaycan “Avroviziya 2026”nın ikinci yarımfinalında, şounun birinci hissəsində səhnəyə çıxacaq. Bu o deməkdir ki, təmsilçimiz müsabiqə gecəsinin ilk yarısında öz performansını nümayiş etdirəcək. Hazırda ölkəmizi təmsil edəcək ifaçı və mahnının seçimi davam edir. Bəstəkarlar və müğənnilər hələ də öz işlərini təqdim edə bilərlər. Seçim zamanı əsas üstünlük mahnının beynəlxalq səviyyədə yaradacağı təsirə və səhnə şousunun gücünə veriləcək. Yaxın vaxtlarda Azərbaycanın mahnısı və təmsilçisinin adı açıqlanacaq. Ümumilikdə, hər iki yarımfinalda mübarizə aparacaq ölkələr bu şəkildədir: - [Dami Im-dən pərəstişkarlarını həyəcanlandıran “Avroviziya” açıqlaması](https://songfestivalaze.com/dam-im-den-perestiskarlarini-heyecanlandiran-avroviziya-aciqlamasi/): Dami Im-in Avroviziya ilə bağlı son açıqlaması pərəstişkarları arasında böyük marağa səbəb olub. İfaçı bildirib ki, müsabiqəyə yenidən qayıtmaq üçün çalışsa da, müəyyən səbəblərdən bu listəyi hələlik reallaşmayıb. Lakin ulduz müğənni ruhdan düşmədiyini və 2026-cı ilin onun üçün çox önəmli olduğunu qeyd edib. Belə ki, həmin il Dami Im-in məşhur “Sound of Silence” mahnısının 10-cu ildönümü tamam olur. Sənətçi bu yubiley münasibətilə izləyicilərinə böyük yeniliklərin olacağı müjdəsini verib. - [Danimarkanın seçim turunda keçmiş təmsilçilərin iştirakı gözlənilir](https://songfestivalaze.com/danimarkanin-secim-turunda-kecmis-temsilcilerin-istiraki-gozlenilir/): Danimarkanın Avroviziya üzrə milli seçim turu olan “Dansk Melodi Grand Prix 2026” (DMGP) ətrafında maraqlı iddialar yayılmağa başlayıb. Yayılan son məlumatlara əsasən, builki müsabiqədə əvvəlki illərdə ölkəni təmsil etmiş bir neçə tanınmış ifaçının yenidən səhnəyə qayıdacağı gözlənilir. Ehtimal olunan namizədlər siyahısında ölkənin ötən ilki təmsilçisi Sissal, 2024-cü ilin iştirakçısı Saba və 2017-ci ildə Danimarkanı beynəlxalq səhnədə təmsil etmiş Anja Nissen kimi sənətçilərin adları yer alır. Sözügedən ifaçıların seçim turuna qatılacağı ilə bağlı məlumatlar hələlik rəsmi təsdiqini tapmasa da, bu geri dönüşlərin yarışmadakı rəqabəti əhəmiyyətli dərəcədə artıracağı və Avroviziya azarkeşləri tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir. - [İslandiya "Avroviziya 2026" üçün keçirilən milli seçim turunu ləğv etdi](https://songfestivalaze.com/islandiya-avroviziya-2026-ucun-kecirilen-milli-secim-turunu-legv-etdi/): İslandiyanın builki Avroviziya Mahnı Müsabiqəsindən çəkilmək qərarı ölkənin musiqi gündəmini dəyişməyə davam edir. Verilən son məlumata görə, İslandiyanın Avroviziya təmsilçisini müəyyən etmək üçün hər il ənənəvi olaraq keçirilən “Söngvakeppnin 2026” milli seçim turu ləğv edilib. Ölkənin Avroviziyada iştirakdan imtina etməsi səbəbindən bu seçim turunun təşkilinə ehtiyac qalmayıb. Sözügedən qərar İslandiyanın 2026-cı il Avroviziya marafonunda yer almayacağını birdəfəlik təsdiqləyir. - [Ukrayna "Avroviziya" təmsilçisini seçir: 9 finalçının mahnı adları bəlli oldu](https://songfestivalaze.com/ukrayna-avroviziya-temsilcisini-secir-9-finalcinin-mahni-adlari-belli-oldu/): Ukraynanın “Avroviziya” üçün keçirdiyi milli seçim turunda (Vidbir) həlledici mərhələyə start verilib və finala vəsiqə qazanan 9 iştirakçının mahnı adları artıq ictimaiyyətə açıqlanıb. Qələbə uğrunda mübarizə aparacaq sənətçilər arasında ötən il Ukraynanı uğurla təmsil edən Jerry Heil “CATHARTICUS (prayer)” mahnısı ilə yenidən diqqət mərkəzindədir. Siyahıda həmçinin LAUD (“Lightkeeper”), LELÉKA (“Рідним”), MOLODI (“THE LEGENDS”), Monokate (“Ти тут”), Mr. Vel (“Do Or Done”), The Elliens (“Crawling Whispers”), Valeriya Force (“Open Our Hearts”) və ЩукаРиба (“Моя земля”) kimi müxtəlif janrlı ifaçılar yer alıb. Bu doqquz finalçı arasından ən güclü performansı göstərən sənətçi ölkəsini mötəbər musiqi yarışmasında təmsil etmək hüququ qazanacaq. ## Pages - [Əlaqə](https://songfestivalaze.com/contact/): SONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJAN Songfestival Azerbaijan komandası ilə elektron poçt vasitəsilə və ya mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz. Komandaya qoşulmaq üçün özünüz haqqında ətraflı məlumatı bizə göndərməklə müstəqil Avroviziya bloqunun üzvü olmaq şansınızı yoxlaya bilərsiniz. Müsabiqə və ya bloq haqqında suallarınız, təklifləriniz, saytla bağlı probleminiz, həmçinin press reliz və digər mesajlarınızı komandamız həftə içi cavablandırmağa hazırdır. Elektron poçt: contact@songfestivalaze.com Mobil nömrə: +31 6 28330693 (Abas Nuriyev – Niderland) +994 998 51 02 22 (Javid Gachaev – PR Menecer) - [Euro Magazine](https://songfestivalaze.com/euromagazine/): EURO MAGAZINEEURO MAGAZINEEURO MAGAZINEEURO MAGAZINEEURO MAGAZINEEURO MAGAZINEEURO MAGAZINEEURO MAGAZINEEURO MAGAZINEEURO MAGAZINE Avroviziya ilə bağlı suallara aydınlıq gətirildi: Azərbaycan mövqeyini açıqladı 23 Sentyabr 2025 Daha çox İsrailə qarşı etirazlar yüksəlir 15 Sentyabr 2025 Daha çox Dilarə Kazımova: “Bəlkə də məni bu günə gətirən o bircə rəy idi” 08 İyun 2025 Daha çox TuralTuranX qardaşlarından səmimi açıqlamalar 31 May 2025 Daha çox Bir Diva Cəsurdur: Melody açıqlamalar verib 28 May 2025 Daha çox “Səs Azərbaycan”ın 3-cü Mövsüm Qalibi Məlum Oldu 27 May 2025 Daha çox Aysel Teymurzadə uzun fasilədən sonra ilk dəfə yenidən səhnəyə çıxacaq 16 May 2025 Daha çox “Cleopatra”-ya yenidən - [Müsahibələr](https://songfestivalaze.com/interviews/): MÜSAHİBƏLƏRMÜSAHİBƏLƏRMÜSAHİBƏLƏRMÜSAHİBƏLƏRMÜSAHİBƏLƏRMÜSAHİBƏLƏRMÜSAHİBƏLƏRMÜSAHİBƏLƏRMÜSAHİBƏLƏRMÜSAHİBƏLƏRMÜSAHİBƏLƏRMÜSAHİBƏLƏR Avstriya təmsilçisi JJ ilə baş tutan müsahibəmiz 04 May 2025 Daha çox Avstraliya təmsilçisi Go Jo ilə müsahibəmiz 27 Aprel 2025 Daha çox Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil edəcək Kyle ilə müsahibəmiz 10 Aprel 2025 Daha çox Danimarka təmsilçisi Sissal suallarımızı cavabladı 09 Aprel 2025 Daha çox Müsahibə sessiyamızda bu dəfəki qonaq Prince oldu 08 Aprel 2025 Daha çox Növbəti müsahibəmiz İsveçrə təmsilçisi Zoë Me ilə baş tutdu 02 Aprel 2025 Daha çox Qırmızı saçlar, Qırmızı dodaq boyası, və Qırmızı söhbət 01 Aprel 2025 Daha çox Növbəti qonağımız Mamagama oldu 26 Mart 2025 Daha çox İrlandiya təmsilçisi Emmy salamlarını - [Uşaq Avroviziya](https://songfestivalaze.com/jesc/): UŞAQ AVROVİZİYAUŞAQ AVROVİZİYAUŞAQ AVROVİZİYAUŞAQ AVROVİZİYAUŞAQ AVROVİZİYAUŞAQ AVROVİZİYAUŞAQ AVROVİZİYAUŞAQ AVROVİZİYAUŞAQ AVROVİZİYAUŞAQ AVROVİZİYAUŞAQ AVROVİZİYA Albaniya Uşaq Avroviziyası 2025-də Kroni Pula ilə təmsil olunacaq 06 İyun 2025 Daha çox Polşanı Tbilisidə Marianna Kłos təmsil edəcək 06 İyun 2025 Daha çox Xorvatiya Uşaq Avroviziyasına qayıdır – ölkəni Marino Vrgoç təmsil edəcək 16 Aprel 2025 Daha çox Ana üçün oxunan mahnı qələbə qazandı 01 Dekabr 2024 Daha çox - [Haqqında](https://songfestivalaze.com/about/): SONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJAN Songfestival Azərbaycan – Müstəqil və Etibarlı Avroviziya Platforması. 2019-cu il, 8 may tarixində təsis edilmiş Songfestival Azərbaycan bloqu, ölkədə Avroviziya Mahnı Müsabiqəsinə həsr olunmuş ilk müstəqil və rəsmi informasiya platformasıdır. Yarandığı gündən etibarən bloq, Avroviziya ilə bağlı ən son xəbərləri, eksklüziv məlumatları və maraqlı təhlilləri izləyicilərə təqdim etməklə yanaşı, ifaçılarla müsahibələr, mahnılara reaksiyalar və yarışma ilə bağlı analitik materiallar paylaşmaqla geniş auditoriyaya xidmət edir. Bloqun əsas məqsədi — Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsinə olan marağın qorunması, bu müsabiqənin təbliği və yerli izləyicilərə operativ, keyfiyyətli və etibarlı məlumatların çatdırılmasıdır. Songfestival Azərbaycan, sadəcə bir informasiya - [Əsas səhifə](https://songfestivalaze.com/): AVROVİZİYANIN NƏBZİNİ BİZİMLƏ TUT! Bizi izlə SONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJANSONGFESTIVAL AZERBAIJAN AVROVİZİYA Nigar Camal Avroviziyadan danışdı. 12 Mart 2026 Bzikebi Gürcüstan üçün “On Replay” deyəcək. 12 Mart 2026 Daniel Žižkanın mahnısı təqdim olundu. 11 Mart 2026 Ermənistanı SIMÓN təmsil edəcək 11 Mart 2026 İctimai Televiziyadan rəsmi açıqlama gəldi 11 Mart 2026 İsveçrə “Avroviziya 2026” mahnısını elan etdi 11 Mart 2026 Daha çox UŞAQ AVROVİZİYA Yağmur: “Mənim üçün əsas olan səhnədə yaxşı çıxış etmək idi” 17 Dekabr 2025 Azərbaycan “Uşaq Avroviziya 2025”də 15-ci yeri tutdu 14 Dekabr 2025 Fransa “Uşaq Avroviziya 2025”in qalibi oldu 13 - [Avroviziya](https://songfestivalaze.com/eurovision/): AVROVİZİYAAVROVİZİYAAVROVİZİYAAVROVİZİYAAVROVİZİYAAVROVİZİYAAVROVİZİYAAVROVİZİYAAVROVİZİYAAVROVİZİYA Nigar Camal Avroviziyadan danışdı. 12 Mart 2026 Daha çox Bzikebi Gürcüstan üçün “On Replay” deyəcək. 12 Mart 2026 Daha çox Daniel Žižkanın mahnısı təqdim olundu. 11 Mart 2026 Daha çox Ermənistanı SIMÓN təmsil edəcək 11 Mart 2026 Daha çox İctimai Televiziyadan rəsmi açıqlama gəldi 11 Mart 2026 Daha çox İsveçrə “Avroviziya 2026” mahnısını elan etdi 11 Mart 2026 Daha çox Azərbaycanın “Avroviziya 2026” mahnısı təqdim olundu: “Just Go” 09 Mart 2026 Daha çox Daniel Žižka Çexiyanı 70-ci Avroviziyada təmsil edəcək 08 Mart 2026 Daha çox Alicja Szemplińska 6 illik fasilədən sonra yenidən Polşanı “Avroviziya”da təmsil edəcək. 08 Mart 2026 Daha [comment]: # (Generated by Hostinger Tools Plugin)