Songfestival Azerbaijan

Litva 2026 Avroviziya təmsilçisini seçməyə hazırlaşır

MƏQALƏNİ PAYLAŞ:

Litvanın ictimai televiziya kanalı LRT ölkənin Eurovision 2026 təmsilçisini fevralın 27-də keçiriləcək “Eurovizija.LT” adlı milli seçim turu ilə müəyyən edəcəyini elan edib. Final Vilnüsdəki “Twinsbet Arena”da canlı yayımla baş tutacaq.

Müsabiqəyə mahnı göndərmək üçün müraciət müddəti ötən gün – çərşənbə günü başa çatıb və bununla da mahnıların seçim prosesi başlayıb. LRT təqdim olunan bütün müraciətləri noyabrın 25-dək dəyərləndirəcək və yarışma üçün ən azı 30 mahnı seçəcək.

Televiziya mərhələlərinin çəkilişləri yanvarın 14-də başlayacaq. Ümumilikdə beş və ya altı yarımfinal keçiriləcəyi gözlənilir – bu, iştirakçıların sayından asılı olacaq.

Hər bir ifaçıya səhnə tərtibatı və prodüksiya xərclərini qarşılamaq üçün 1.500 avro veriləcək. Mahnıların yekun versiyaları isə 23 dekabradək təqdim edilməlidir.

Bu ilki yarışma ilk dəfə olaraq böyük arenada təşkil olunacaq. Beləliklə, əvvəlki illərdə televiziya studiyalarında keçirilən final mərhələləri ilə müqayisədə daha möhtəşəm şou gözlənilir.

Xatırladaq ki Litva ən son Katarsis qrupu “Tavo akys” mahnısı ilə təmsil olunmuşdu. Və böyük finalda 96 xalla 16-cı pillədə qərarlaşıb.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 106