Songfestival Azerbaijan

Latviyanı “Avroviziya 2025”-də Tautumeitas təmsil edəcək

Uzun illərdir ənənəsinə sadiq qalaraq “Supernova” adlı Milli Seçim Turunu təşkil edib Avroviziya təmsilçisini müəyyənləşdirən bu Baltik ölkəsi, bu il də eyniadlı şouya müraciət etdi.

Müsabiqədə 2 əsas favorit var idi, onlardan biri “Ramtai” adlı mahnı ilə ölkənin 2022 təmsilçisi “Citi Zeni” qrupu, digəri isə “Bur man laimi” mahnısı ilə Tautumeitas qrupu idi. “Citi Zeni” qrupunun mahnısı “Ramtai” ilk günlərdən əsas favoritlərdən biri idi və mahnının müəllifi builki İrlandiya təmsilçisi Emmi idi. Lakin gecənin sonunda səsvermə nəticələri bəlli olduqdan sonra ən yüksək xalı toplamış Tautumeitas qrupu ölkəni Bazeldə təmsil etmə haqqını qazandı.

Tautumeitas qrupuna gəldikdə isə, qrup özündə 6 nəfər qadın vokalist və insturmentalisti birləşdirir. Qrup 2015-ci ildən fəaliyyət göstərir və ifa etdikləri əsas janr xalq musiqisidir ki, onların “Avroviziya 2025” mahnısı “Bur man laimi” də etnik elementlərlə zəngindir.