Madridli gənc istedad musiqi, teatr və aktyorluq sahəsində zəngin təcrübəyə malikdir. O, 6 yaşından piano və musiqi nəzəriyyəsi üzrə təhsil alır, uzun illər məktəb xorunun üzvü olub. Hazırda Katarina Gurska Musiqi Məktəbində təhsilini davam etdirir.
Gonzalonun teatr səhnəsinə yolu 2020-ci ildən başlayıb. 2023-cü ildə İspaniyada nümayiş olunan School of Rock tamaşasında Lawrence rolunu ifa edib. 2024-cü ildə isə Madrid səhnəsində Los Chicos del Coro (“Xor uşaqları”) əsərində əsas obrazlardan biri – Pierre Morhange rolunda çıxış edib.
O, musiqidən başqa şahmat, basketbol, üzgüçülük, sörfinq və xizək sürməyə də maraq göstərir. Yaradıcılığa olan sevgisi sayəsində məktəbdə iki dəfə yazı müsabiqəsinin qalibi olub.
Sevimli musiqi janrları pop və musiqili teatr olan Gonzalo, Olivia Rodrigo, Ariana Grande, Bruno Mars, Aitana, David Bisbal və Sebastián Yatra kimi sənətçilərdən ilham alır.
Gənc ifaçı 13 dekabrda Tbilisidə keçiriləcək “Uşaq Avroviziya 2025” səhnəsində İspaniyanı təmsil edəcək.




