Songfestival Azerbaijan

Kipr 2026 Uşaq Avroviziyasında duetlə təmsil olunacaq

MƏQALƏNİ PAYLAŞ:

Kipr “Uşaq Avroviziyası 2026” səhnəsində Rafaella Panteli və Christos Georgiou dueti ilə təmsil olunacaq. İstedadlı gənc ifaçılar yarışmada “Away” adlı mahnı ilə çıxış edəcəklər. Mahnının müəllifləri arasında Christopher Wortley, Hannah Brine, Peter Barringer, Greig Watts, Paul Drew və Andy Lys kimi tanınmış adlar yer alır.

Rafaella Panteli 2011-ci ildə anadan olub. O, 3 yaşından musiqi və səhnə sənətinə maraq göstərib, Annie, Into the Woods, The Greatest Showman, Hairspray kimi musiqili tamaşalarda çıxış edib. Hazırda Trinity College London-un Musical Theatre üzrə imtahanlarına hazırlaşır. Rafaellanın əsas məqsədi Uşaq Avroviziyası səhnəsində duyğularını və istedadını tamaşaçılara çatdırmaqdır.

Christos Georgiou isə 12 yaşındadır. Uşaqlıqdan musiqiyə maraq göstərib, Ableton proqramında öz bəstələrini yaradıb. Zərb alətlərində Grade 6 səviyyəsinə qədər yüksəlib. Rəqs və idmanla da məşğul olan gənc ifaçı səhnəyə yüksək enerji ilə çıxmağı planlaşdırır. Christosun ən böyük arzularından biri Kipri Uşaq Avroviziyasında təmsil etmək idi və bu il bu arzu gerçək olur.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 106