İsveçrənin SRG SSR yayım şirkəti 2026-cı ildə ölkəni təmsil edəcək adı açıqlayıb.
Vyanada baş tutacaq 70-ci Avroviziya Mahnı Müsabiqəsində İsveçrə bayrağını tanınmış müğənni-bəstəkar Veronica Fusaro dalğalandıracaq.
1997-ci ildə Thun şəhərində anadan olan 28 yaşlı sənətçi, italyan köklərə malikdir və soul-pop janrındakı özünəməxsus tərzi ilə tanınır.
Musiqi karyerasına 2014-cü ildə başlayan Veronica, bu vaxta qədər Qlastonberi və Montrö Caz Festivalı kimi dünyaşöhrətli səhnələrdə çıxış edərək böyük təcrübə toplayıb.
2023-cü ildə yayımlanan “All the Colors of the Sky” albomu ilə beynəlxalq diqqət çəkən ifaçının müsabiqə mahnısı mart ayında təqdim olunacaq.




