Songfestival Azerbaijan

İsveçrə kəşfiyyatı İsrail təmsilçisi Yuval Raphael üçün təhlükəsizlik tədbirlərini gücləndirir

İsveçrə kəşfiyyat xidməti, İsrailin məşhur “Kanal 12” televiziya kanalı ilə əməkdaşlıq edərək, bu il “Avroviziya” müsabiqəsində ölkəni təmsil edəcək Yuval Raphael üçün təhlükəsizlik tədbirlərini artırıb.

İsrailin “Ynet” nəşrinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, təhlükəsizlik protokolları hər cür riski – kütləvi iğtişaşlardan tutmuş mümkün terror aktlarına qədər əhatə edir. Bildirilir ki, bu il İsrail nümayəndə heyətinin təhlükəsizliyi keçən il müsabiqədə iştirak edən Eden Golandan da ciddi şəkildə qorunacaq.

Məlumata görə, 7 oktyabr terror hücumlarının digər qurbanları da Yuval Raphaellə birlikdə İsveçrəyə səfər edəcək. Lakin onların səhnədə iştirak edib-etməyəcəyi hələlik dəqiqləşdirilməyib.

Xatırladaq ki, ötən il İsrailin “Avroviziya” təmsilçisi Eden Golan üçün də ciddi təhlükəsizlik tədbirləri görülmüşdü. O, məşqlərə gedərkən iğtişaşlardan qorunmaq üçün müxtəlif rəngli pariklər və dəyişdirilmiş imicdən istifadə edirdi. Bu il də oxşar tədbirlərin görüləcəyi gözlənilir.