Songfestival Azerbaijan

İsraili “Avroviziya 2026”da Noam Bettan təmsil edəcək

MƏQALƏNİ PAYLAŞ:

İsrailin 2026-cı ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsindəki təmsilçisi seçilib.

Ölkənin “Keshet 12” telekanalında yayımlanan “Hakochav Haba” musiqi müsabiqəsinin finalında bütün rəqiblərini geridə qoyan 27 yaşlı müğənni-bəstəkar Noam Bettan qalib elan edilib.

6 mart 1998-ci ildə Ra’anana şəhərində fransız köçkün ailəsində doğulan sənətçi, həm ivrit, həm də fransız dillərində sərbəst ifa etmək bacarığı ilə tanınır.

Musiqi karyerasına ordudakı xidmətindən sonra başlayan Bettan, 2018-ci ildə “Aviv o Eyal” müsabiqəsində üçüncülük qazanıb, 2023-cü ildə isə “Me’al HaMayim” adlı ilk albomunu təqdim edərək geniş auditoriya toplayıb.

Xüsusilə “Madame” və “Buba” kimi hit mahnıları ilə tanınan ifaçı, 2022-ci ildən bəri İsraili bu yarışmada təmsil edəcək ilk solo kişi sənətçidir.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49