Songfestival Azerbaijan

İlk addım Niderlanddan gəldi

Niderlandın ictimai yayımçısı AVROTROS Avroviziya 2026 üçün mahnı qəbulunun mayın 19-da başlayacağını elan edib. Ölkəni təmsil etmək istəyən sənətçilər bu tarixdən etibarən öz mahnılarını təqdim edə bilərlər. Maraqlıdır ki, bu tarix Avroviziya 2025-in finalından cəmi iki gün sonraya təsadüf edir. Əvvəldə seçim prosesinin avqustun 1-də başlaması planlaşdırılsa da, qəbul daha erkən vaxta çəkilib. Mahnıların göndərilməsi üçün son tarix isə hələ açıqlanmayıb.

Beləliklə, Niderland Avroviziya 2026-da iştirakını rəsmi şəkildə təsdiqləyən ilk ölkə olub.

Qeyd edək ki, bu il Niderlandı Basel şəhərində keçiriləcək müsabiqədə Claude təmsil edir. O, “C’est la vie” adlı mahnı ilə 13 may tarixində baş tutacaq birinci yarımfinalda səhnəyə 13-cü nömrə ilə çıxacaq.