Songfestival Azerbaijan

“Festival da Canção 2026”: İkinci yarımfinalın qalibləri bəlli oldu!

MƏQALƏNİ PAYLAŞ:

Portuqaliyanın “Avroviziya 2026” mahnı müsabiqəsi üçün seçim turu olan “Festival da Canção 2026”-da növbəti həyəcanlı mərhələ geridə qaldı.

Gərgin mübarizə ilə yadda qalan ikinci yarımfinal gecəsində 8 ifaçı finala vəsiqə qazanmaq uğrunda öz bacarıqlarını nümayiş etdirib. Səsvermənin nəticələrinə əsasən, 5 ifaçı münsiflər və tamaşaçılardan ən çox xal toplayaraq adını finalçılar siyahısına yazdırıb.

Gecənin nəticələrinə əsasən, Silvana Peres, Bandidos do Cante, João Ribeiro, Sandrino və Gonçalo Gomes rəqiblərini geridə qoyaraq final mərhələsinə adlayıblar.

İkinci yarımfinalda səhnə alan Francisco Fontes, Inês Sousa və Jacaréu & Ana Margarida dueti isə festivalda mübarizəni dayandırmalı olublar.

Xatırladaq ki, Portuqaliyanın “Avroviziya” təmsilçisinin seçiləcəyi böyük final gecəsi 7 mart tarixində baş tutacaq.

Bütün Avropanın diqqət mərkəzində olan festivalın finalında ümumilikdə 10 ifaçı qaliblik və Portuqaliya bayrağını beynəlxalq arenada təmsil etmək hüququ uğrunda mübarizə aparacaq.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 67