Songfestival Azerbaijan

“Festival da Canção 2026″da ilk finalistlər müəyyənləşib

MƏQALƏNİ PAYLAŞ:

Portuqaliyanın “Avroviziya” mahnı müsabiqəsi üçün təşkil etdiyi “Festival da Canção 2026” milli seçim turunun ilk yarımfinal mərhələsi yekunlaşıb.

Müsabiqənin bu mərhələsində cəmi 8 ifaçı finala vəsiqə qazanmaq uğrunda öz performanslarını nümayiş etdirib.

İştirakçılar arasında bu adlar yer alıb:

Dinis Mota – “Jurei”

Nunca Mates o Mandarim – “Fumo”

Evaya – “Sprint”

André Amaro – “Dá-me a tua mão”

Bateu Matou – “Nos teus olhos”

Marquise – “Chuva”

Agridoce – “Onde quero estar”

Mário Marta – “Pertencer”

Keçirilən səsvermənin nəticələrinə əsasən, səkkiz namizəddən beşi rəqiblərini qabaqlayaraq final mərhələsinə adlaya bilib.

Beləliklə, Dinis Mota, Evaya, Marquise, Nunca Mates o Mandarim və André Amaro müsabiqənin ilk finalistləri olublar. Digər üç iştirakçı isə mübarizəni bu mərhələdə dayandırmalı olub.

Festivalın növbəti yarımfinal mərhələsinin fevralın 28-də keçirilməsi planlaşdırılır. Həmin tarixdə baş tutacaq ikinci seçim turundan sonra finalın tam tərkibi məlum olacaq.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 67