Songfestival Azerbaijan

Ev sahibi Avstriyanı Cosmó təmsil edəcək

MƏQALƏNİ PAYLAŞ:

Avstriyanı sayca 70-ci Avroviziya Mahnı Müsabiqəsində Cosmó “Tanzschein” adlı mahnısı ilə təmsil edəcək.

Əsl adı Benjamin Gedeon olan sənətçi 2006-cı ildə Avstriyanın Burgenland əyalətində dünyaya gəlib. 2020-ci ildə “The Voice Kids Germany”-də iştirak edib. Mahnısı “Tanzschein” almancadır.

Müsabiqənin ev sahibi olan Avstriya artıq 3-cü dəfədir ki, ev sahibliyi edir. Ölkə təmsilçisini “Wer singt für Österreich?”(Avstriya üçün kim oxuyacaq?) adlı milli seçim turu vasitəsilə müəyyən etdi. 12 iştirakçının mübarizə apardığı final mərhələsində həm beynəlxalq münsif səsverməsi, həm də xalq səsverməsi hesabına Avstriya “Avroviziya 2026” üçün öz qərarını verdi.

Ramin İmanov
Ramin İmanov
Articles: 31