Songfestival Azerbaijan

“Eurovizija.lt 2026” : Litvada dördüncü mərhələ yekunlaşdı – “SHWR” və Lion Ceccah finalda!

MƏQALƏNİ PAYLAŞ:

Litvanın “Avroviziya 2026” seçimləri olan “Eurovizija.lt” müsabiqəsinin dördüncü mərhələsi “LRT” studiyalarında baş tutan gərgin mübarizə ilə yekunlaşdı. 

Səkkiz ifaçının yarışdığı gecədə münsiflər heyəti və tamaşaçı səsverməsinin cəmində ən yüksək nəticəni göstərən iki iştirakçı finala vəsiqə qazandı.

Eksperimental üslubu ilə diqqət çəkən “SHWR” qrupu “Contact!” mahnısı ilə həm münsiflərdən, həm də tamaşaçılardan yüksək xallar alaraq gecənin birincisi oldu.

Tamaşaçıların ən çox rəğbət bəslədiyi Lion Ceccah isə “Sólo quiero más” ifası ilə ikinci finalçı kimi adını siyahıya yazdırdı. 

Nøra Blu 18 xalla üçüncü yeri tutaraq finalın bir addımlığında qalsa da, digər iştirakçılar — Emi Acidic, Patricija Luščynska və Freya Alley kifayət qədər səs toplaya bilməyərək bu mərhələdə mübarizəni dayandırdılar.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 55