Songfestival Azerbaijan

“Eurovision Live Tour 2026” gözlənilmədən ləğv edildi

MƏQALƏNİ PAYLAŞ:

“Avroviziya” həvəskarlarının böyük maraqla gözlədiyi “Eurovision Live Tour 2026” layihəsi rəsmən ləğv olunub.

Avropa Yayım Birliyinin (EBU) rəsmi tərəfdaşları ilə birlikdə verdiyi bəyanata əsasən, bu qərar “qarşısıalınmaz texniki və logistik çətinliklər” səbəbindən qəbul edilib.

İyun ayında Londondan başlaması və Avropanın 10 fərqli şəhərini əhatə etməsi planlaşdırılan turda Helena Paparizou, Lordi və Johnny Logan kimi ulduzların çıxışı nəzərdə tutulmuşdu.

Təşkilatçılar artıq bilet almış şəxslərə ödənişlərin tam şəkildə geri qaytarılacağını və diqqətin hazırda Vyanada keçiriləcək 70-ci yubiley müsabiqəsinə yönəldiyini bildiriblər.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 50