Avstriyanın dövlət kanalı ORF “Avroviziya 2026” ilə bağlı maraqlı yenilikləri açıqladı və azarkeşləri həyəcanlandıracaq detallar paylaşdı. Bu il diqqət mərkəzində postkartlar, biletlər və könüllülər var.
Postkartlar: səhnədən şəhərə səyahət
“Postkartlar” müsabiqənin ən maraqlı vizual elementlərindən biridir. Bu il onların mövzusu “açıqca”dır. İştirakçılar əvvəlcə öz ölkələrinin fonunda açıqcaya baxır, bir an sonra kamera onları Avstriyanın canlı küçələrinə aparır. Hər seqmentin sonunda isə ifaçılar şəhər fonunda selfi çəkdirir, görüntü donur və açıqca ekranda sabitləşir. Çəkilişlərə Oktyabr ayından start verilib
Bilet almaq üçün isə, azarkeşlər əvvəl qeydiyyatdan keçməlidir – təsdiqlənmiş qeydiyyat bilet almaq imkanını açacaq. Bilet satışına dair detallı məlumat 24 noyabrda ORF və Avroviziya Mahnı Müsabiqəsinin rəsmi saytlarında və sosial media hesablarında paylaşılacaq.
Bununla yanaşı ORF gələn il üçün 800 könüllü qəbul edəcək. Dekabrın 1-dən etibarən müraciətlər songcontest.ORF.at saytında başlayır. Proqrama hər yaşdan, yüksək motivasiyalı və həm alman, həm də ingilis dilini bilən şəxslər müraciət edə bilər.




