Songfestival Azerbaijan

Ermənistanı SIMÓN təmsil edəcək

MƏQALƏNİ PAYLAŞ:

Ermənistanı “Avroviziya 2026”-da Simón “Paloma Rumba” adlı mahnısı ilə təmsil edəcək.

Əsl adı Simon Hovhannisyan olan müğənni Ermənistansa gənclər arasında sevilən bir addır. Onu Ermənistanda tanıdan ötən il ölkənin “Avroviziya 2025” üçün təmsilçisini seçdiyi “Depi Evratesil” milli seçim turunda “Ay Paparey Bye” adlı mahnısı ilə 2-ci olması olub.

Uzun müddət səssizliyini qoruyan Ermənistan bu gün təmsilçisini ictimaiyyətə açıqladı. Günorta saatlarında təmsilçisini açıqlayan ölkə ardınca mahnısı “Paloma Rumba”-nı və klipi rəsmi Avroviziya “Youtube” kanalında təqdim etdi. Klipdə ölkənin “Avroviziya 2016” təmsilçisi, səhnədə Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını qaldıraraq provakasiyalar törədən Iveta Mukuçyan da yer alıb. Bundan əlavə rəsmi Avroviziya “Instagram” hesabında Ermənistanla bağlı paylaşılan post Azərbaycan üçün bağladılıb.

Ramin İmanov
Ramin İmanov
Articles: 37