Azərbaycanlı ifaçı və musiqi prodüseri Eldar Qasımov San Marinonun 2026-cı ildə keçiriləcək “Avroviziya” Mahnı Müsabiqəsi üçün təmsilçi seçimində iştirak edəcək.
Sənətçi, ölkənin milli seçim prosesinin bir hissəsi olan “Stage & Live Academy 2026” layihəsinə münsif heyətinin üzvü kimi dəvət olunub.
Təşkilatçılar Eldar Qasımovun seçim heyətinə daxil edilməsini onun beynəlxalq müsabiqə təcrübəsi ilə əsaslandırıblar. Qeyd olunub ki, Eldar 2011-ci ildə “Ell & Nikki” duetinin tərkibində Azərbaycana ilk qələbəni qazandıran sənətçidir.
Bundan əlavə, onun “Səs Azərbaycan” layihəsindəki vokal məşqçiliyi və müxtəlif Avroviziya layihələrində prodüser kimi fəaliyyəti builki seçim mərhələsində namizədlərin peşəkar qiymətləndirilməsi üçün əsas kriteriyalar kimi götürülüb.
Vyanada keçirilməsi planlaşdırılan “Avroviziya 2026” üçün hazırlıq mərhələsi olan bu akademiyada Eldar Qasımov gənc ifaçıların həm vokal imkanlarını, həm də səhnə hazırlığını yoxlayacaq.
Xatırladaq ki, sənətçi son illərdə daha çox musiqi prodüserliyi və müxtəlif beynəlxalq musiqi layihələrində ekspert kimi fəaliyyət göstərir.




