Songfestival Azerbaijan

Dilarə Kazımova Yunanıstanın “Avroviziya” komandasında yer ala bilər

MƏQALƏNİ PAYLAŞ:

Azərbaycanın “Avroviziya 2014” təmsilçisi, tanınmış ifaçı Dilarə Kazımova beynəlxalq karyerası və gələcək layihələri ilə bağlı mühüm açıqlamalar verib.

“İncə Səhər” proqramının qonağı olan sənətçi bildirib ki, hazırda Yunanıstanın “Avroviziya” nümayəndə heyətində yer almaq ehtimalı müzakirə olunur. İfaçının sözlərinə görə, bu istiqamətdə müvafiq tərəflərlə rəsmi danışıqlar davam etdirilir.

Müsahibə zamanı Dilarə Kazımova ölkəmizi beynəlxalq arenada yenidən təmsil etmək arzusunu da dilə gətirib:

“Azərbaycanı bir daha müsabiqədə təmsil etmək ən böyük istəklərimdən biridir” — deyə ifaçı vurğulayıb.

Bundan əlavə, müğənni yaradıcılığındakı yeniliklərdən bəhs edərək, ona uğur qazandıran “Start A Fire” bəstəsinin yeni versiyası üzərində çalışdığını bildirib. O, sözügedən mahnını gənc ifaçı Camal Qasımov ilə duet şəklində yenidən səsləndirəcəyini və layihənin yaxın zamanlarda təqdim olunacağını açıqlayıb.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49