Songfestival Azerbaijan

Danimarkanın seçim turunda keçmiş təmsilçilərin iştirakı gözlənilir

MƏQALƏNİ PAYLAŞ:

Danimarkanın Avroviziya üzrə milli seçim turu olan “Dansk Melodi Grand Prix 2026” (DMGP) ətrafında maraqlı iddialar yayılmağa başlayıb.

Yayılan son məlumatlara əsasən, builki müsabiqədə əvvəlki illərdə ölkəni təmsil etmiş bir neçə tanınmış ifaçının yenidən səhnəyə qayıdacağı gözlənilir. Ehtimal olunan namizədlər siyahısında ölkənin ötən ilki təmsilçisi Sissal, 2024-cü ilin iştirakçısı Saba və 2017-ci ildə Danimarkanı beynəlxalq səhnədə təmsil etmiş Anja Nissen kimi sənətçilərin adları yer alır.

Sözügedən ifaçıların seçim turuna qatılacağı ilə bağlı məlumatlar hələlik rəsmi təsdiqini tapmasa da, bu geri dönüşlərin yarışmadakı rəqabəti əhəmiyyətli dərəcədə artıracağı və Avroviziya azarkeşləri tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49