Danimarkanı Avstriyanın Vyana şəhərində keçiriləcək “Avroviziya 2026” Mahnı Müsaniqəsində Søren Torpegaard Lund “Før vi går hjem” adlı mahnısı ilə təmsil edəcək.
Ümumilikdə 8 mahnının yarışdığı “Dansk Melodi Grand Prix 2026”-da aralarında ölkənin ötənilki təmsilçisi Sissal-ın da olduğu super final mərhələsinə qalan sənətçi münsif və xalq səsverməsinin nəticələri əsasında qalib elan edilərək Danimarkanı “Avroviziya 2026”-da təmsil etməyə haqq qazandı.




