Songfestival Azerbaijan

Category Avroviziya

Norveçin “Avroviziya” namizədləri açıqlandı

Norveçin “Avroviziya 2026” mahnı müsabiqəsi üçün təmsilçisini müəyyən edəcək Melodi Grand Prix (MGP) şousunun heyəti bəyan edilib. Builki siyahı həm təcrübəli ulduzların qayıdışı, həm də gənc istedadların debütü ilə diqqət çəkir. Finalçılar və müsabiqə mahnıları: Artıq 9 finalçıdan 8-nin adı…

Lüksemburq qərarını verdi

Esch-sur-Alzette şəhərində yerləşən Rockhal səhnəsində keçirilən “Luxembourg Song Contest” finalı ilə ölkənin builki Avroviziya təmsilçisi müəyyənləşib. RTL Lëtzebuerg-in təşkilatçılığı ilə baş tutan müsabiqədə səkkiz ifaçı Vyanada keçiriləcək Avroviziya səhnəsinə çıxmaq uğrunda mübarizə aparıb. Finalın qalibi Eva Marija olub. O, “Mother…

İsveçrə “Avroviziya 2026” təmsilçisini elan etdi

İsveçrənin SRG SSR yayım şirkəti 2026-cı ildə ölkəni təmsil edəcək adı açıqlayıb. Vyanada baş tutacaq 70-ci Avroviziya Mahnı Müsabiqəsində İsveçrə bayrağını tanınmış müğənni-bəstəkar Veronica Fusaro dalğalandıracaq. 1997-ci ildə Thun şəhərində anadan olan 28 yaşlı sənətçi, italyan köklərə malikdir və soul-pop…

İsraili “Avroviziya 2026”da Noam Bettan təmsil edəcək

İsrailin 2026-cı ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsindəki təmsilçisi seçilib. Ölkənin “Keshet 12” telekanalında yayımlanan “Hakochav Haba” musiqi müsabiqəsinin finalında bütün rəqiblərini geridə qoyan 27 yaşlı müğənni-bəstəkar Noam Bettan qalib elan edilib. 6 mart 1998-ci ildə Ra’anana…

Michał Szpak “Avroviziya 2026″dan imtina etdi

“Avroviziya 2016” təmsilçisi Michał Szpak, Polşa Milli Televiziyasından gələn növbəti iştirak dəvətini geri çevirib. Məlumata görə, ifaçı Vyanada keçiriləcək müsabiqədə Polşanı yenidən təmsil etmək üçün TVP-dən rəsmi təklif alıb. Sənətçinin geri qayıtmaq üçün iki mahnısı hazır olsa da, o, Avropa…

Moldovanı “Avroviziya 2026″da Satoshi təmsil edəcək

Moldovada keçirilən “Selecția Națională 2026” milli seçim turunun finalı başa çatıb və ölkəni “Avroviziya 2026″da təmsil edəcək sənətçi müəyyənləşib. Yanvarın 17-də “Chișinău Arena”da baş tutan müsabiqədə Satoshi, “Viva, Moldova!” adlı mahnısı ilə bütün rəqiblərini geridə qoyaraq qalib gəlib. Seçim prosesində…

Gürcüstanın “Avroviziya 2026” təmsilçisi açıqlandı

Gürcüstan İctimai Televiziyası 2026-cı ildə Vyanada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində ölkəni “Bzikebi” qrupunun təmsil edəcəyini elan edib. 2008-ci ildə öz ölkələrini Uşaq Avroviziyasında təmsil edəndə cəmi 10 yaşları olan üçlük, həmin il Gürcüstana rekord qıran dörd “Junior Eurovision” qələbəsindən ilkini…

Azərbaycanın “Avroviziya 2026”dakı çıxış vaxtı bəlli oldu

Püşkatmanın nəticəsinə görə, Azərbaycan “Avroviziya 2026”nın ikinci yarımfinalında, şounun birinci hissəsində səhnəyə çıxacaq. Bu o deməkdir ki, təmsilçimiz müsabiqə gecəsinin ilk yarısında öz performansını nümayiş etdirəcək. Hazırda ölkəmizi təmsil edəcək ifaçı və mahnının seçimi davam edir. Bəstəkarlar və müğənnilər hələ…

İslandiya “Avroviziya 2026” üçün keçirilən milli seçim turunu ləğv etdi

İslandiyanın builki Avroviziya Mahnı Müsabiqəsindən çəkilmək qərarı ölkənin musiqi gündəmini dəyişməyə davam edir. Verilən son məlumata görə, İslandiyanın Avroviziya təmsilçisini müəyyən etmək üçün hər il ənənəvi olaraq keçirilən “Söngvakeppnin 2026” milli seçim turu ləğv edilib. Ölkənin Avroviziyada iştirakdan imtina etməsi səbəbindən…