Songfestival Azerbaijan

Avroviziyada tarix təkrarlanır

MƏQALƏNİ PAYLAŞ:

Ötən gecə yaşanan qarışıqlıq çoxlarına “ilk dəfədir belə olur” kimi gəlir, amma əvvəllər də vəziyyət bundan geri qalmayıb. Yarışmanın tarixində elə illər olub ki, səhnədən çox kulis söhbətləri danışılıb. Hətta bəzi ölkələr narazılığını göstərmək üçün birbaşa qatılmamaq yolunu seçib.

1969-da səsvermə sistemi o qədər qarışıq oldu ki, nəticələr bir neçə ölkəni özündən çıxardı.Avstriya,  Finlandiya, Norveç, Portuqaliya və İsveç etiraz edib növbəti il yarışmanı baykot edərək qatılmadı.

Yəni ölkələrin geri çəkilməsi ilk dəfə deyil. Avroviziya bəzən musiqidən çox qaydaların yaratdığı gərginliklə xatırlanır. Tarix bir az fərqli səbəblərlə olsa da, özünü təkrarlayır.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 106