Songfestival Azerbaijan

Bolqarıstanı “Avroviziya 2026″da DARA təmsil edəcək

MƏQALƏNİ PAYLAŞ:

Bolqarıstanın ən məşhur pop ulduzlarından biri olan DARA (Darina Yotova), Vyanada keçiriləcək “Avroviziya 2026” mahnı müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb. O, 31 yanvar 2026-cı ildə baş tutan milli seçim turunun finalında 7 rəqibini geridə qoyaraq həm münsiflərin, həm də tamaşaçıların səsverməsi ilə qalib seçilib.

1998-ci ildə Varnada doğulan sənətçi musiqi dünyasına 2015-ci ildə “X Factor Bulgaria” layihəsi ilə daxil olub və burada 3-cü yeri tutub. “Virginia Records” ilə əməkdaşlığa başladıqdan sonra çıxardığı “K’vo Ne Chu”, “Thunder” və “Mr. Rover” kimi sinqlları ilə nəinki Bolqarıstanda, hətta Balkanlarda və beynəlxalq platformalarda böyük uğur qazanıb. Xüsusilə “Mr. Rover” mahnısının K-pop ulduzu Kai tərəfindən remeyk edilməsi onun qlobal tanınmasına töhfə verib.

DARA həmçinin son illərdə “The Voice of Bulgaria” yarışmasında münsif kürsüsündə əyləşərək ölkənin ən gənc mentorlarından biri kimi fəaliyyət göstərir.

Milli seçimin final gecəsində Azərbaycanın “Avroviziya 2011” qalibi Eldar Qasımov, həmçinin Albaniya və Malta təmsilçiləri xüsusi qonaq qismində çıxış edərək gecəyə beynəlxalq rəng qatıblar. Hazırda sənətçinin yalnız adı təmsilçi olaraq təsdiqlənib, onun Vyanada ifa edəcəyi mahnı isə 28 fevral 2026-cı ildə keçiriləcək xüsusi mahnı seçim şousunda məlum olacaq. Həmin gecə DARA üç yeni mahnı təqdim edəcək və onlardan biri səsvermə yolu ilə Avropa səhnəsi üçün seçiləcək.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49