Songfestival Azerbaijan

Bir rəfdə yer tapmayan mükafat: Nemo’nun etirazı

MƏQALƏNİ PAYLAŞ:

2024-cü ilin Avroviziya qalibi Nemo bildirib ki ona və ölkəsinə kubok lazım deyil və onlar kuboku AYB-nin qərargahına geri göndərəcəklər.

İfaçı bu haqqda sosial şəbəkələr hesabında açıqlama verib ;

“Keçən il Eurovision-da qalib gəldim və bununla da kuboka layiq görüldüm.

Bu yarışma ətrafındakı cəmiyyətə və bu təcrübənin həm bir insan, həm də sənətçi kimi mənə öyrətdiyi hər şeyə görə hədsiz dərəcədə minnətdar olsam da, bu gün artıq bu kubokun rəfimə aid olduğunu hiss etmirəm.

Eurovision deyir ki, o, hamı üçün birlik, inklüzivlik və ləyaqəti müdafiə edir. Həmin dəyərlər bu müsabiqəni mənim üçün mənalı etdi.

Lakin BMT-nin Müstəqil Beynəlxalq Təhqiqat Komissiyasının soyqırım kimi qiymətləndirdiyi prosesdə İsrailin davamlı iştirakı bu ideallarla EBU-nun qəbul etdiyi qərarlar arasında açıq ziddiyyət olduğunu göstərir

Müsabiqə dəfələrlə ağır qanunsuzluqda ittiham olunan dövlətin imicini yumşaltmaq üçün istifadə edilib, eyni zamanda EBU Eurovision-un “qeyri-siyasi” olduğunu israr edir.

Və bütün ölkələr bu ziddiyyətə görə geri çəkildikdə, nəyinsə dərindən yanlış olduğu aydın olmalıdır.

Buna görə də qərara gəldim ki, kubokumu yenidən EBU-nun Cenevrədəki qərargahına göndərim.”

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49