Belçikanı, 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya Mahnı Müsabiqəsi”ndə Red Sebastian təmsil edəcək. O, “Strobe Lights” adlı mahnı ilə yarışacaq.
Red Sebastian, Belçikanın milli seçimi olan “Eurosong 2025”də qalib gələrək bu hüququ qazanıb. “Strobe Lights” mahnısının sözləri Astrid Roelants, Billie Bentein, Seppe Herreman və Willem Vanderstichele tərəfindən yazılıb.
Belçika, 1956-cı ildən etibarən “Avroviziya Mahnı Müsabiqəsi”ndə iştirak edir və 1986-cı ildə Sandra Kim’in “J’aime la vie” mahnısı ilə bir dəfə qalib gəlib.
