Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Uşaq Avroviziya Mahnı Müsabiqəsi 2025”də Azərbaycan Yağmurun ifa etdiyi “Miau Miau” adlı mahnı ilə təmsil olunub.
Müsabiqənin yekun nəticələrinə əsasən, Yağmur münsiflər heyəti və tamaşaçı səsverməsindən ümumilikdə 66 xal toplayaraq yarışmanı 15-ci pillədə başa vurub.
Xalq səsverməsində Azərbaycan nümayəndəsi 54 xal toplayıb və bu nəticə ilə İspaniya ilə birlikdə 8–9-cu yerləri bölüşüb. Ümumilikdə isə xalq səsverməsinin nəticələrinə görə Azərbaycan 8-ci sırada qərarlaşıb.



