Azərbaycanın builki Avroviziya səhnəsində rəqqasların yer alacağı ehtimalı var. Məşhur səhnə qurucusu Jorge Antonio şəxsi Instagram hesabında may ayında keçiriləcək tədbir üçün rəqqaslar axtardığını açıqlayıb. O, konkret tədbirin adını çəkməsə də, bunun Avroviziya 2025-lə bağlı olması mümkündür.
Qeyd edək ki, Jorge Antonio Azərbaycanın Avroviziya səhnə şeflərindən biridir. Rəqqasların seçimi üçün kastinq 30 mart tarixində Amsterdamda baş tutacaq. Bu isə Azərbaycanın Avroviziya səhnə şousunun xüsusi və dinamik olacağının göstəricisi ola bilər.
Azərbaycanın builki Avroviziya çıxışı ilə bağlı rəsmi açıqlamalar verilməsə də, yaxın günlərdə daha çox detalların bəlli olacağı gözlənilir.
Daha çox məlumat üçün bizi izləyin!
