Songfestival Azerbaijan

Azərbaycan Avroviziyaya “sülh və sevgi” mesajı ilə yəhudi müğənni göndərir — The Times of Israel

The Times of Israel xəbər verir ki, bu il Azərbaycanın Avroviziya Mahnı Müsabiqəsindəki təmsilçisi olan Mamagama qrupunun solisti Asaf Mişiyev müsabiqədə “sülh və sevgi” mesajı verməyə hazırlaşır. O, müsahibəsində bildirib ki, Bakıda antisemitizmə heç vaxt rast gəlməyib və ölkədə yəhudi icması hörmət və tolerantlıqla qarşılanır.

“Azərbaycanda yəhudi olduğum üçün heç vaxt diskriminasiyaya məruz qalmamışam. Burada insanlar bir-birinə hörmətlə yanaşır. Musiqimizlə birlik və anlayış mesajı vermək istəyirik,” – deyə Mişiyev bildirib.
O, həmçinin İsrailin builki Avroviziya təmsilçisi Yuval Rafaeli də dəstəklədiyini vurğulayıb: “Biz onunla fəxr edirik və ümid edirik ki, o, səhnədə parlayacaq.”

Azərbaycanın çoxmillətli və tolerant cəmiyyətinin bir təzahürü kimi təqdim olunan bu çıxış, həm musiqi, həm də mədəniyyət vasitəsilə regionda sülh çağırışı olaraq qiymətləndirilir.