Avstriyanı Avroviziya 2025-də təmsil edəcək JJ müsahibələrinin birində səhnə şousu barədə maraqlı detallar paylaşıb. O bildirib ki, performansında su və yağış effektlərindən, həmçinin qayıqdan istifadə olunacaq.
“Bu, sadəcə bir çıxış deyil, musiqi videosu kimi bir hekayə olacaq. Çox həyəcanlıyam, çünki bu, texniki baxımdan əvvəllər edilməmiş bir şey olacaq,” –
– deyə JJ vurğulayıb.
Qeyd edək ki, onun səhnə performansının prodüseri Sergio Jaen olacaq. O, keçən il İrlandiya təmsilçisi Bambie Thug üçün işləyib və bu il həmçinin Finlandiya təmsilçisi Erika Vikmanın komandasında yer alacaq.
Avroviziya 2025-də JJ-nin təqdim edəcəyi unikal şou böyük maraqla gözlənilir.